Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mariya Zaxarova "Arsax prezidenti" kimi vəzifə tanımadığını bildirib - Video

“Rusiya regionda vəziyyətin sabitləşməsi üçün Azərbaycan və Ermənistan tərəfi ilə təmasları dəstəkləyir”...

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Bu təmaslar həm siyasi səviyyədə, həm də sülhməramlı kontingent səviyyəsində gedir. Əlbəttə ki, çox şey tərəflərin özündən, onların siyasi iradəsindən, bir-birinə güzəştlərə getməyə hazır olmasından asılıdır. Biz öz tərəfimizdən bütün lazımi səyləri göstəririk” deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Erməni jurnalistin Qarabağdakı silahlı erməni uldur dəstələrinin başçısı Araik Arutunyanı “Arsaxın prezidenti” kimi təqdim edərək, bir neçə gün əvvəl onun adından yayılmış bəyanatda Laçın dəhlizinin marşrutunun vaxtından əvvəl dəyişdirilməsinin Rusiyanın təklifi ilə baş verdiyi, Rusiyanın bu baş verməyəcəyi təqdirdə Azərbaycanın hərbi əməliyyatlara başlayacağı ilə bağlı çağırış etməsi, bununla da Üçtərəfli Bəyanatın guya pozulmasının vurğulanmasına cavabı ilə Zaxarova erməniləri növbəti dəfə pis vəziyyətə salıb.

Zaxarova "Mən bu bəyanatlarla tanış deyiləm. Sizin dediyiniz vəzifələrlə də tanış deyiləm. Ona görə də, bunları hətta şərh etməyəcəm” deyə bildirib, bununla da silahlı erməni quldur dəstələrinin başçısı Araik Arutunyanı və onun qondarma “prezident vəzifəsini” tanımadığını bəyan edib.

O ki qaldı Laçın dəhlizinin marşrutunun vaxtından əvvəl dəyişdirilməsinə, Zaxarova əlavə edib ki, bu marşrut Rusiya, AzərbaycanErmənistan liderlərinin 2020-ci il 9 noyabr (10 noyabr-red.) Üçtərəfli Bəyanatı əsasında dəyişib.

“Ona görə də konkret bu məsələ ilə bağlı razılaşdırılmamış fəaliyyətdən, tərəflərdən birinin fikrini nəzərə almamaqdan danışmaq ədalətsizlikdir", - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar