Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Global Times: NATO daxilində fikir ayrılıqları artır...

Alyans üzvlərinin bəzi məsələlərdə mövqelərini razılaşdırması getdikcə çətinləşir...

Yens Stoltenberqin NATO-nun Baş katibi kimi müddətinin uzadılması və Alyans ölkələrinin onun varisi ilə bağlı qərar qəbul edə bilməməsi blok daxilində getdikcə artan fikir ayrılığını və ABŞ-ın onun üzərində ciddi nəzarəti nümayiş etdirir.

Poliqon xəbər verir ki, bu barədə Çinin dövlət nəşri olan Global Times qəzeti yazır.

Qeyd olunur ki, Stoltenberqin yenidən Baş katib təyinatı NATO ölkələrinin Rusiya-Ukrayna münaqişəsi və Çinə yanaşma da daxil olmaqla həssas məsələlərdə ümumi dil tapmaq cəhdləri fonunda baş tutub. Nəşr qeyd edir ki, blokun özündə fikir ayrılıqları artdıqca Alyansın bu məsələlərdə mövqelərini razılaşdırmaq getdikcə çətinləşir.

Çinli hərbi ekspert və televiziya şərhçisi Sonq Zongpinq "Global Times"a bildirib ki, NATO daxilində ən ciddi fikir ayrılığı Alyansa üzv dövlətlərin öz milli təhlükəsizliklərini, yoxsa ABŞ-ın qlobal hegemonluğunun maraqlarını qorumalı olması ilə bağlıdır.

Onun sözlərinə görə, ABŞ təhlükəsizlikdən bəhanə kimi istifadə edərək, digər ölkələri özünün qlobal hegemonluğunun əvəzini ödəmək üçün aldadır. Sonq Zongpinq vurğulayıb ki, Macarıstan və Türkiyə kimi ABŞ-a tabe olmaq istəməyən ölkələrin olması NATO daxilində blokun baş katibinin seçilməsi də daxil olmaqla, əsas məsələlərdə konsensusun olmamasına səbəb olub.

Fudan Universitetinin (ÇXR) Beynəlxalq Münasibətlər və İctimaiyyətlə Əlaqələr Məktəbinin professoru Şen Yi qeyd edib ki, NATO baş katibi rəsmi olaraq ABŞAvropa arasında neytrallığı saxlamalıdır, lakin əslində o, ABŞ tərəfindən idarə olunur: “ABŞ buna razılıq verməsə, heç kim NATO-nun rəhbəri ola bilməz".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar