Küveytin xarici işlər naziri Salem Abdulla əl-Cabir əs-Sabah Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısında çıxış edib...
“Küveyt Azərbaycanın Qoşulmama Hərəkatındakı rolunu və təşkilatın liderliyinin dünyada təşviqi istiqamətində gördüyü işləri yüksək qiymətləndirir”.
"Report" xəbər verir ki, bunu Küveytin xarici işlər naziri Salem Abdulla əl-Cabir əs-Sabah Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısında çıxışı zamanı deyib.
Nazir tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib.
"Qlobal çağırışların qarşısını almaq məqsədilə bu gün biz sülh və sabitliyə nail olmaq üçün səylərimizi gücləndirməliyik", - o deyib.
Salem Abdullah əl-Cabir əs-Sabah həmçinin Stokholmda “Qurani-Kərim”in nüsxəsinin yandırılması aktını beynəlxalq səviyyədə pisləməyə çağırıb: “Bütün dinlərə hörməti təmin etmək üçün bu məsələ ilə bağlı konkret tədbirlər görülməlidir”.
Poliqon.info