Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna qoşunları Donetsk vilayətində irəliləyib...

Cümə günü səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində cəbhənin iki sektorunda irəliləyə bilib...

Poliqon Rusiya və Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Ümumilikdə iyunun 21-dən 1,64 kvadrat kilometr ərazi Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçib.

“Ukrayna qoşunları Velikaya Novoselka yaxınlığında Rivnopol kəndi ərazisində irəliləyib” deyə Rusiyanın “ WarGonzo” telegram kanalı yazıb. Cəbhədəki vəziyyəti əks etdirən DeepState xəritəsinə əsasən, Ukrayna Silahlı Qüvvələri bu ərazidə 1,13 kvadrat kilometr ərazini nəzarətə götürə bilib. Lakin, Rusiya Müdafiə Nazirliyinə yaxın olan “Rıbar” kanalı rus qoşunlarının bu ərazidəki hücum cəhdini uğurla dəf etdiyini bildirib.

“WarGonzo” həmçinin Ukrayna Silahlı Qüvvələrinin Donetsk yaxınlığında, Staromixaiylovka bölgəsində irəliləyişləri haqqında məlumat verib. DeepState-in məlumatına görə, buradaUkrayna ordusu 0,51 kvadrat kilometr hərəkət edə bilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rovnopol - Staromayskoye istiqamətində hücumun qismən uğur qazandığını elan edib. Baş Qərargah həmçinin Luqansk vilayətində, Beloqorlovka - Dibrova istiqamətində qismən uğur qazandığını bildirib. Eyni zamanda, “Ukrainska Pravda” nəşri Ukrayna hərbçiləri arasında olan mənbələrə istinadən yazır ki, bu istiqamətdə vəziyyət rəsmi hesabatda deyildiyindən daha mürəkkəbdir. Nəşr yazır ki, Ukrayna Silahlı Qüvvələri Kremennaya yaxınlığındakı meşədə mövqelərini itirib. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar cümə günü bildirib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kupyansk və Liman istiqamətində hücumunu dayandırıb.

Rusiya Müdafiə Nazirliyi cümə axşamı Ukrayna Silahlı Qüvvələrinin bütün hücumlarının əks olunduğunu açıqlayıb. Nazirliyin məlumatına görə, Ukrayna qüvvələri, o cümlədən Makarovka və Novodonetsk bölgələrində irəliləməyə cəhd edib.

“Vaqner”in rəhbəri də cəbhədəki vəziyyətlə bağlı öz versiyasını səsləndirib. Çərşənbə günü o, Ukraynanın cənubunda “böyük ərazilərin düşmənə verildiyini” bildirib. Onun sözlərinə görə, Ukrayna digər məsələlərlə yanaşı, Pyatixatki, Rabotinonun şimal hissəsi, Urojaynoye və Sadovoye ərazilərinə nəzarət edir. Bundan sonra Rusiya Müdafiə Nazirliyi Urojaynoye və Sadovoyenin Rusiya hərbçilərinin nəzarətində olduğunu bildirən məlumat dərc edib. Məlumata döyüşçülərin bu yaşayış məntəqələrində olduqlarını bildirdikləri videolar əlavə olunub.

Müstəqil müşahidəçilər isə Ukraynanın hücumunun tez bir zamanda intensivləşməsini mümkün hesab edirlər. Conflict Intelligence Team-in təsisçisi Ruslan Leviev bir gün əvvəl Xerson vilayəti ilə Krım arasında sərhəddəki körpülərə atılan raket zərbəsini hücumun yeni mərhələsinə hazırlıq kimi şərh edir. O hesab edir ki, Rusiya qoşunlarının maddi-texniki təminatını çətinləşdirən zərbə ancaq Ukrayna qüvvələri cəbhədə hücuma keçmək üzrə olduğu halda verilməlidir. Körpülərə hücumu təhlil edən CNN xatırladır ki, Ukrayna Silahlı Qüvvələri Xerson və Xarkov vilayətlərində Rusiya geri çəkilməzdən əvvəl də oxşar taktikalara əl atıb.

Qeyd edək ki, Rusiya hərbi rəhbərliyi də Ukraynanın əks-hücumunun yeni mərhələsinə hazırlaşdığını bildirib. Bir gün əvvəl müdafiə naziri Sergey Şoyqu Vladimir Putinə Ukrayna Silahlı Qüvvələrinin hücumu ləngitdiyini və qoşunları yenidən qruplaşdırdığını bildirib. “Biz ondan çıxış etməliyik ki, düşmənin hücum potensialı tükənməyib, bir sıra strateji ehtiyatlar hələ işə salınmayıb”, deyə Putin öz növbəsində bildirib.

Bu arada Ukraynanın əks-hücumunun ilk nəticələrinin Qərbdə necə qiymətləndirildiyi məlum olub. Cümə axşamı CNN iki Qərb rəsmisinə və bir yüksək rütbəli ABŞ rəsmisinə istinadən xəbər verib ki, Ukraynanın əks-hücumunun ilkin mərhələləri gözlənildiyindən daha az uğurlu olub. Eyni zamanda, telekanalın mənbələri hücumun ilkin mərhələdə olduğunu, ABŞ və müttəfiqlərinin nikbin olduğunu qeyd ediblər.

Çərşənbə günü Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, əks-hücum zamanı Ukrayna Silahlı Qüvvələrinin işğaldan azad etdiyi ümumi ərazi 113 kvadrat kilometrdən çoxdur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq

Ən çox oxunanalar