Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kiyevdə 16 mərtəbəli binada baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb

Kiyevdə 16 mərtəbəli binada baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb, daha 20 nəfər isə xilas edilib...

Bunu Kiyev hərbi administrasiyasının sözçüsü Mixail Şamanov "Report"un Şərqi Avropa bürosuna bildirib.

Onun sözlərinə görə, xilas edilən şəxslərə psixoloji-tibbi yardım göstərilib:

"Təxliyə edilən şəxslər üçün müvəqqəti yaşayış yerləri təşkil edilib. Binanın bir neçə mərtəbəsində 4 mənzil dağılıb. 250 kv.m-lik sahədə yanğın baş verib. Səhər saat 8 radələrində yanğın aradan qaldırılıb. Partlayışın fəsadlarının aradan qaldırılmasına xilasedicilər və 19 texnika cəlb edilib. Hadisə yerində polis, xilasedicilər, tibb içkiləri və psixoloqlar və digər xidmətlər işləyirlər. Partlayışın səbəbləri araşdırılır. İlkin versiyalardan biri kimi qaz sızması göstərilir", - deyə, o, əlavə edib.

Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyevdə bu gün səhər saatlarında güclü partlayış baş verib. Paytaxtın Dneprovsk rayonu ərazisində yaşayış binasında baş verən partlayış güclü dağıntılara səbəb olub. Binanın yarıdan çox evləri yararsız hala düşüb. Partlayış ötən gecə Ukrayna paytaxtında növbəti hava həyəcanı siqnalının ardınca baş versə də, ilkin səbəb olaraq qaz partlayışı göstərilir.

Əməkdaşımız hadisə yerindən fotoreportaj hazırlayıb. Qeyd edək ki gün ərzində partlayış olan ərazidə axtarış davam edir.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Ən çox oxunanalar