Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın yeni qanunu: Quldur və qatilləri həbsdən azad edəcək...

Dövlət Dumasının qəbul etdiyi yeni qanun müharibədə iştirak edən cimayətkarları cəzadan azad edəcək...

Poliqon Rusiya mətbuatına əsasən xəbər verir ki, çərşənbə axşamı Dövlət Duması tərəfindən ikinci və üçüncü oxunuşda dərhal qəbul edilən qanun, quldurluq, qul əməyi və adam oğurluğu ilə məşğul olmaqda şübhəli bilinən şəxslərin müharibəyə getməyə razı olduqları təqdirdə azadlığa buraxılmasına imkan verəcək.

Qanun layihəsinin qüvvəyə mindiyi vaxt artıq xidmət edəcək cinayətkarlar da faktiki olaraq istənilən cinayətə görə məsuliyyətdən azad olunacaqlar. Bundan əlavə, əksər cinayətlərdə, o cümlədən adam öldürməkdə təqsirli bilinənlər azadlığa çıxacaqlarına ümid edə biləcəklər.

Qanunu şərh edən hüquqşünas Maksim Oleniçev bildirib ki, hərbi xidmətə görə cinayət məsuliyyətindən azad etməyi nəzərdə tutan qanun azadlığa buraxıla bilən üç kateqoriyalı cinayət məsuliyyətindən azad edir. Birincisi katoqoriya hələ məhkum olunmamış, kiçik və orta ağır cinayət törətmiş şəxslərdir. İkincisi, hələ məhkum olunmamış, qanunun qüvvəyə mindiyi vaxt artıq orduda xidmət edənlər üçündür. Üçüncüsü, orduya səfərbər edilmiş və ya Müdafiə Nazirliyi ilə müqavilə bağlamış məhkumlardır.

Birinci halda söhbət kiçik və ya orta ağırlıqlı cinayətlərdən gedir. Vəkil izah edib ki, orta ağırlıqda olan cinayətlər qəsdən törədilən, cəzası beş ildən çox olmayan və ya ehtiyatsızlıqdan 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan əməllərdir. O, belə cinayətlər sırasında adam oğurluğu, qul əməyindən istifadə etmə, quldurluq, qəsdən sağlamlığa orta ağır zərər vurma, rüşvət alma, oğurluq kimi cinayətlərin adını çəkib.

Xırda cinayətlərə görə üç ildən çox olmayan həbs cəzası nəzərdə tutulur. Onların arasında döymə, qəsdən sağlamlığa yüngül xəsarət yetirmə, bəzi oğurluqlar, ağırlaşdırıcı hallar olmadan işgəncə vermə, cinayəti gizlətmə kimi hallar var.

Qanunun qüvvəyə mindiyi vaxtda istintaq altında olan, lakin hələ də orduda xidmət etməyənlər arasında yalnız dörd cinayətdə şübhəli bilinən şəxslər məsuliyyətdən azad edilə bilməz: terror fəaliyyətinin həyata keçirilməsinə təhrik, nüvə maddələrinin qanunsuz dövriyyəsi, radioaktiv materialların oğurlanması və ya qəsb edilməsi, ekstremist fəaliyyətə ictimai çağırışlar...

“İkinci kateqoriyada (istintaq altında olan, lakin artıq döyüşənlər) istənilən cinayətə görə məsuliyyətdən azad oluna bilərlər”, deyə Oleniçev vurğulayıb.

Qanun layihəsi əksər cinayətlərə görə məhkum edilmiş hərbi xidmətdə olanların cəzadan azad edilməsinə də imkan verir. İstisna olaraq qanun cinsiləşdirilmiş cinayətlər, o cümlədən uşaqlara qarşı cinayətlər, terrorizm, dövlətə xəyanət, casusluq, ekstremist fəaliyyətə ictimai çağırışlar edən şəxslərə şamil olunmayacaq.

Qanun Dövlət Duması tərəfindən bir gündə iki oxunuşda qəbul edilib. Bundan sonra qanun qanuna Federasiya Şurasında baxılmalı və sonra prezident tərəfindən imzalanmalıdır.

Qanun dövlət təltifini aldıqdan sonra və ya xidmətdən xaric edildikdən sonra (müəyyən səbəblərə görə, məsələn, hərbi rütbədən məhrumetmə halları istisna olmaqla) məsuliyyətdən azad edilməsini nəzərdə tutur.


Qeyd edək ki/, qanun layihəsi Ukraynada müharibəyə gedən məhbusların cəzadan azad edilməsi üçün hazırda istifadə edilən sxemi dəyişdirəcək. Hazırda onlar prezident Vladimir Putinin gizli əfv prosedurundan keçirlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda üç zavod satışa çıxarıldı - Qiymətlər

Prezident və birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər - Yenilənib

Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib

Deputatdan müəllimlərin əməkhaqları ilə bağlı mühüm təklif

Ermənistanda Rusiyapərəst hakimiyyət yaranarsa, Cənubi Qafqazda balans necə dəyişə bilər?

Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adı açıqlanıb 

Çin XİN Zelenskinin Siyə çağırışına cavab verib

İmişlidə ağır cinayət - atasının qətlini sifariş etməkdə şübhəli bilinən şəxs tutuldu        

Ən çox oxunanalar