Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pərviz Şahbazov OPEC-in Baş katibi ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov Azərbaycana səfəri çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qays ilə görüşüb...

“APA-Economics” Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə OPEC ilə Azərbaycanın “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində əməkdaşlığı, ölkəmizin qlobal neft bazarının tənzimlənməsində iştirakı, həmçinin tələb-təklif dinamikası ilə bağlı hazırkı vəziyyət və inkişaf tendensiyaları ilə bağlı məsələlər müzakirə edilib.

Məlumatda deyilir ki, “OPEC plus” formatı təşəbbüsünün irəli sürülməsi və həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixi rolu yüksək qiymətləndirilib. Baş katib deyib ki, cənab Prezidentin enerji təhlükəsizliyi, neft-qaz sənayesinin inkişafı, investisiyalar haqqında çox aydın baxışları birgə fəaliyyətimiz üçün yeni imkanlar açır. Azərbaycanla eyni mövqeyi bölüşməyimizdən məmnunuq.

Bildirilib ki, “OPEC plus” çərçivəsində əməkdaşlığın məqsədi iqtisadi inkişaf üçün dünyanı lazım olan enerji ilə təmin etməkdir. Bu isə bütün enerji növlərindən istifadə ilə mümkün ola bilər.

Energetika naziri Pərviz Şahbazov isə deyib ki, karbon emissiyalarının azaldılması ilə neft-qaz sektorunun inkişafı dayanıqlı enerji təhlükəsizliyi üçün vacibdir. Bu yanaşma əsasında Azərbaycan, OPEC, digər ölkə və təşkilatların iştirakı ilə daha geniş platformada əməkdaşlığına ehtiyac var və biz neft bazarının sabitləşdirilməsi ilə bağlı səylərimizi bu istiqamətdə də inkişaf etdirməliyik.

Söhbət zamanı Azərbaycanın OPEC Katibliyi əlaqələrinin dərinləşdirilməsi, “OPEC plus” formatında əməkdaşlığın təşkilata üzv ölkələrlə Azərbaycanın “yaşıl enerji” sahəsində tərəfdaşlığa verdiyi töhfələrdən də bəhs edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

Ən çox oxunanalar