Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşa könüllüləri mədəniyyət paytaxtımızda ilk dəfə fəaliyyətə başlayıblar - Foto

“Qayıdış Könüllüləri” Proqramının “Şuşa Könüllüləri” qrupu Şuşada uzunmüddətli könüllü fəaliyyətə başlayıb...

Proqram çərçivəsində ilk könüllü qrup Şuşada yerləşdirilib, şəhər ərazisi ilə və burada fəaliyyət göstərən müvafiq dövlət qurumları ilə tanış edilib. Şuşada fəaliyyətə başlayan könüllülər şəhər ərazisində müxtəlif könüllü fəaliyyətlərinə, yeni açılmış muzeylərdə bələdçilik xidmətinin göstərilməsinə, o cümlədən mütəmadi olaraq Şuşada keçiriləcək tədbirlərin təşkilində iştiraka, bura səfər edən yerli və xarici qonaqlarla işə, bərpa və yenidənqurma işlərinə, qayıdışa hazırlıq və məskunlaşmaya dəstəyə, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyində və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində müxtəlif fəaliyyət istiqamətləri üzrə könüllü dəstəyin göstərilməsinə cəlb olunacaqlar.

Proqramın irəliləyən mərhələlərində Şuşa könüllülərindən ibarət növbəti könüllü qruplarının Şuşa şəhərində fəaliyyətə cəlb olunması nəzərdə tutulub.

Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq həyata keçirilən “Qayıdış Könüllüləri” proqramının əsas məqsədi, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin tarixi, mədəniyyəti və xalqımızın irsinin təbliğində iştirakını təşviq etmək və gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verməkdir. Bu məqsədlə proqram çərçivəsində 10 noyabr 2022-ci ildən “Şuşa Könüllüləri” qrupunun formalaşdırılmasına start verilib. Müsahibə, müxtəlif mövzularda baza təlimatlandırma kursunu və imtahan mərhələsini uğurla başa vuran Şuşa könüllüləri aktiv fəaliyyətə başlayıblar. Həmçinin Şuşada uzunmüddətli fəaliyyətə cəlb olunan ilk könüllü qrupu üçün xüsusi olaraq “Şuşa Bələdçilik Məktəbi” və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda “Muzeylərdə ekskursiya işinin təşkili” mövzusunda peşəkar təlimlər keçirilib.

“Qayıdış Könüllüləri” Proqramı Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə müvafiq xüsusi nümayəndəliklərinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilir. Hazırda proqram çərçivəsində “Şuşa Könüllüləri”, “Ağdam Könüllüləri” və “Zəngilan Könüllüləri” qrupları formalaşdırılıb. Növbəti mərhələdə digər işğaldan azad olunmuş inzibati ərazi vahidlərinə uyğun olaraq könüllü qruplarının yaradılması planlaşdırılır.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Ən çox oxunanalar