Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəsədlərlə dolu olan yol: Jurnalistlər Ukraynanın geri qaytardığı kəndlərdə olublar...

Qərb mediasının jurnalistləri əks-hücum zamanı Ukraynanın geri qaytardığı kəndlərə baş çəkiblər...

Storojevoye kəndinə gedən yol rus əsgərlərinin cəsədləri və yanmış zirehli texnika ilə doludur, evlərin damı yoxdur.

Poliqon xəbər verir ki, təqribən 10 gün əvvəl başlayan əks-hücum zamanı Ukrayna ordusu tərəfindən geri qaytarılan yaşayış məntəqələrini Reuters Agentliyinin müxbiri görüb. Agentlik yazı ki, bu, Ukraynanın əks-hücum zamanı əldə etdiyi ilk uğurların ilk müstəqil təsdiqlərindən biridır. “Storojevoye kəndi ilə yanaşı, “Reuters”in əməkdaşları Neskuçnoye kəndində olublar.

Ukrayna hakimiyyəti Storojevoye kəndinin işğaldan azad edildiyini iyunun 12-də elan edib. Reuters Agentliyinin jurnalisti iyunun 14-də kəndə səfər edib. Jurnalist kənddə dinc əhalini görməyib, yalnız damı olmayan evləri və rus əsgərlərinin yol boyu səpələnmiş cəsədlərini görüb. Cəsədlərin bəziləri yanmış hərbi texnikanın skeletlərinin yanında uzanıb. Agentlik yazır ki, bu dəhşətli səhnələr amansız döyüşlərdən xəbər verir.

Ukraynanın məlumatına görə, Storojevoye kəndində 50-yə yaxın rus əsgəri öldürülüb, 4-ü isə əsir götürülüb. Lakin Reuters-in məlumatına görə, bu məlumatları müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.

Çərşənbə axşamı Reuters Neskuçnoye kəndindən bir reportaj dərc edib. Həmin gün Ukrayna kəndi öz nəzarətinə qaytardığını rəsmən təsdiqləyib. Agentliyin məlumatına görə, bir neçə yüz nəfərin yaşadığı kənddə demək olar ki, bütün evlərə ziyan dəyib. Jurnalist küçədə azı üç ölü rus əsgərinin cəsədini görüb.

Qərb mətbuatı əks-hücum zamanı əsir düşən rus əsgərlərindən aldıqları müsahibələri də dərc edib. Onlardan bir neçəsi The Wall Street Journal nəşrinə danışıb. Hərbi əsirlər rus ordusunda əhval-ruhiyyənin aşağı olmasından və Ukrayna ordusunun yeni hərbi texnikası qarşısında əsgərlərin qorxusundan danışıblar.

Vladivostokdan olan çağırışçı WSJ-yə bildirib ki, o və yoldaşları gözlənilən hücum barədə ratsiya danışıqlarından məlumatlı olublar. Ukrayna Silahlı Qüvvələrinin Amerikanın MaxxPro zirehli texnikası ilə hücumu zamanı onun bəzi döyüş yoldaşları qaçıb, biri intihar edib, digəri təslim olma zamanı təxribat təşkil etməyə cəhd edib və öldürülüb. “Ştorm-Z” dəstəsində döyüşmüş keçmiş məhbus deyib ki, hakimiyyət edam ediləcəyi qorxusu altında dustaqları cəbhəyə göndərir.

Rusiyayönlü Telegram kanalları “Rıbar” və “WarQonzo”nun məlumatına görə, son 24 saat ərzində cəbhə xəttində ciddi dəyişiklik baş verməyib, artleriya atəşləri davam edir və Ukrayna ordusunun demək olar ki, bütün hücumları dəf edilib. “WarGonzo” etiraf edir ki, yalnız Baxmut şəhərətrafı ərazilərdə Ukrayna qüvvələri artilleriya zərbələrindən sonra irəliləməyi nail olub.

Qeyd edək ki, iyunun əvvəlində əks-hücum başlayandan bəri Ukrayna ordusu cəbhənin bir neçə istiqamətində əhəmiyyətli irəliləyişə nail olub. Kiyevin məlumatına görə, həftə ərzində 100 kvadratkilometr ərazini işğaldan azad edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Ən çox oxunanalar