Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin “statistikası” və reallıq - Müharibə Rusiyada mal və xidmətlərin qiymətlərini kəskin artırıb...

Müharibə başlayandan sonra Rusiyada mal və xidmətlər onlarla, hətta yüzlərlə faiz artıb...

Poliqon xəbər verir ki, bu barədə Rusiyanın müxalif “Aqentstvo novosti” nəşri apardığı tədqiqata əsasən məlumat yayıb. Tədqiqat çərçivəsində nəşr rusların tələb etdiyi mal və xidmətlərin qiymətlərinin 2021-ci ilin dekabrından 2023-cü ilin mayına qədər necə dəyişdiyini təhlil edib.

“Vladimir Putin Rusiyanın Qərblə sanksiya müharibəsində necə uğurla getdiyi barədə danışmağı sevir. Və bunu “Rosstat”ın məlumatları da təsdiqləyir: 2022-ci ilin əvvəlindən rəsmi inflyasiya cəmi 14%-i bir qədər keçib. “Ancaq Rosstat”ın ətraflı statistikasını öyrənsəniz, bu xoşbəxt mənzərə tez yox olur. Müharibə zamanı bir çox tələbat olan mal və xidmətlər on faizlərlə bahalaşıb və bir vaxtlar ruslar üçün sərfəli olan xarici kurortlarda komfort istirahət imkanları isə əhəmiyyətli dərəcədə azalıb”, deyə nəşr yazır.

İstirahət və səyahət qiymətləri ruslar üçün ən çox bahalaşan sahələrdən biridir. Qiymət artımının liderləri arasında xarici turizm də var: Misir və Türkiyəyə səfərlər müvafiq olaraq 2,6 və 3 dəfə bahalaşıb. Ölkədaxili hava nəqliyyatı da demək olar ki, 40% bahalaşıb.

Bahalaşmada ikinci sırada kosmetika və məişət kimyəvi məhsulalrıdırr: məsələn, diş pastası, şampunlar, təraş köpüyü təxminən 40% bahalaşıb.

Üçüncü yeri maliyyə xidmətləri tutur: bank seyfinin icarəsi üçdə bir, bank xidmətləri və kreditdən istifadə haqqı dörddə bir, KASKO isə 23% bahalaşıb.

Təhlil üçün seçilmiş ən populyar mal və xidmətlər üçün qiymətlər inflyasiyadan 1,5-2 dəfə sürətlə artıb (ətraflı siyahı üçün aşağıdakı şəkilə baxın).

Bununla belə, inflyasiya daxilində və ya ondan bir qədər aşağı artım nümunələri də var. Məsələn, soyuducuların təmiri, ayaqqabılara dabanların quraşdırılması və ya kafel döşəməsi, eləcə də böyüklər üçün velosipedlər cəmi 14% bahalaşıb. Çörək və yağ 13-14% bahalaşıb. Avtomobil təmiri də müvafiq olaraq 13% və 14% bahalaşıb.

Nəşr yazır ki, Rusiyada qiymətlərin əsas artımı 2022-ci ilin birinci yarısında baş verib. Sonra inflyasiya rublun real ticarət gücünü aşağı salıb ki, bu da idxalın qiymətinin artmasına səbəb olub və malların tədarükünü dayandıran və ya xeyli çətinləşdirən iqtisadi sanksiyalar fonunda qiymətlər sürətlə artıb. Bundan əlavə, bir çox qlobal şirkətlər Rusiyadan tamamilə və ya qismən çıxdılar və ya Rusiya əməliyyatlarını dondurdular.

2022-ci ildə Rusiyada rəsmi inflyasiya 11,94%, 2023-cü ilin yanvar-may aylarında 2,4% təşkil edib.

Nəşr qaeyd edir ki, Putin inflyasiya ilə bağlı son şərhlərindən birini mayda verib. Prezident bildirib ki, digər ölkələrdə qiymətlər Rusiyadan daha sürətlə artır: “Baxıram: martda [Rusiyada inflyasiya] 3,5%, Almaniyada - 7,4, bütövlükdə avrozonada - 6,9, Fransada - 5,9 faizdir. ABŞ-da isə 5% olub”, deyə Putin vurğulayıb.

Nəşr qeyd edir ki, inflyasiya məlumatları Rusiya iqtisadiyyatının müharibə və sanksiyalar fonunda hər şeyin olduqca yaxşı getməsi barədə təəssürat yaratmaq üçün əsas vasitələrdən biridir. May ayında Financial Times hətta bu barədə “Putemkinin Potemkin iqtisadiyyatı” başlıqlı məqalə dərc edib və orada Rusiya hakimiyyətinin gətirdiyi rəqəmlərin iqtisadiyyatın real vəziyyətini əks etdirmədiyini göstərən faktlar toplayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Ən çox oxunanalar