Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronda narkotik satışı təşkil edən və silah gəzdirən şəxslər saxlanılıb - Video

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin satışını təşkil edən, habelə üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Poliqon.info-ya verilən xəbərə görə, əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan - əvvəllər məhkum olunmuş Niyaz Babayev, Məhərrəm Nəhmətov və Məhərrəm Xasanov tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslərdən ümumilikdə 8 kiloqram, o cümlədən 6 kiloqram narkotik vasitə heroin və 2 kiloqram psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılan şəxslərin narkotikləri İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdikləri müəyyən edilib.

Qeyd edilib ki, cari ilin aprel-may aylarında Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının rayon ərazisində həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərlə bağlı 124 fakt aşkar edilib.

Həmin faktlar üzrə 12 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının Xırdalan şəhəri və Mehdiabad qəsəbəsində həyata keçirdikləri əməliyyatlar zamanı isə qanunsuz olaraq odlu silah saxlayan əvvəllər məhkum olunmuş Namiq Rəhimov və Habil Əliyev tutulublar. Bu şəxslərdən 2 ədəd “Kalaşnikov” markalı avtomat, 56 ədəd patron və 2 ədəd patron darağı aşkar edilib. Abşeron rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər qanunazidd əməllərə yol verən şəxslərin saxlanılmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Venesuelanın Ali Məhkəməsi Maduronun seçkilərdəki qələbəsini təsdiqləyib

Ən çox oxunanalar