Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramiz Mehdiyevin xanımının şirkəti yenidən məhkəmə qarşısında

“Fireland Vineyards” MMC-nin hazırda 20 220,31 manat vergi borcu var...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevin xanımı Qalina Mehdiyeva ilə ona məxsus “Fireland Vineyards” MMC-nin qanuni təmsilçisi Elmar Səidov arasında məhkəmə çəkişməsi davam edir.

Qaynarinfo.az xəbər verir ki, iş hazırda apellyasiya mərhələsindədir. Birinci instansiya məhkəməsinin qərarından şikayəti Elmar Səidov verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Raqib Qurbanovun sədrliyi ilə baxılacaq.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi də bu iş üzrə maraqlı şəxs qismində çıxış edir. Bu da səbəbsiz deyil. Çünki “Fireland Vineyards” MMC-nin hazırda 20 220,31 manat vergi borcu var.

Elmar Səidovla Qalina Mehdiyeva arasında məhkəmə çəkişməsi 2021-ci ildən davam edir. Həmin ilin yanvarında Elmar Səidov Bakı Kommersiya Məhkəməsində Qalina Mehdiyeva və “Fireland Vineyards” MMC barədə iddia qaldırıb. İddiaya hakim Aytən Əliyevin sədrliyi ilə baxılıb.
Nəticə barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Lakin Elmar Səidovun apellyasiya şikayəti verməsi onun iddiasının təmin olunmadığını söykəməyə əsas verir.

Onu da qeyd edək ki, həmin vaxt “Fireland Vineyards” MMC-nin 128 767,72 manat vergi borcu olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar