Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hicran Nəsirova: “Alqışlanıramsa niyə kiməsə yalvarmalıyam?” - Foto

“60 yaşımda da, 65 yaşımda da məni mükafatdan çıxartdılar, ilk günündən alanlar var ki, onlara toxunmurlar”

“65 yaşım var, fəxri adı, mükafatı mən 50, 55, 60 yaşlarımda gözləyirdim Amma nədənsə gözləyə-gözləyə qaldım. Yəqin ki, indiyə qədər susduğum üçün bunlara nail olmamışam. Görünür daha aktiv, daha mübariz olmamışam. Bir az da Mədəniyyət Nazirliyinin laqeyd münasibəti ilə qarşılaşmışam. Fikirləşirəm ki, mən niyə müraciət etməliyəm ki? Əgər mən tamaşaçı tərəfindən sevilirəmsə, alqışlanıramsa niyə kiməsə yalvarmalıyam?! Tamaşaçılar da, yuxarıda oturanlar da məni görəndə təəccüblə soruşurlar ki, “aa, sən hələ də xalq artisti deyilsən, mən elə bilirdim ki, xalq artistisən?”. Hələ bu yaxınlarda bir aktyor yoldaşım da bu sözü dedi. Dedim ki, “bəli, mən insanların gözündə xalq artistiyəm”. Bəziləri, hətta çoxları həyatda da oynayırlar. Amma mən nə həyatda, nə də ki, səhnədə oynamadım. Mən yaşadım, öz həyatımı da, səhnə obrazlarımın həyatını da. Ən azından buna qiymət verməli idilər”.

Bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aparıcı aktrisası, əməkdar artist Hicran Nəsirova deyib.


“Mənə Adil İsgəndərov qiymət verib. O vaxt, 1975-1976-cı illərdə tələbələrin efirə çıxmasına icazə vermirdilər. Amma o mənim şeir deməyimi görəndən sonra demişdi ki, “qadam, sən get çəkil”. Mənə ümummilli lider Heydər Əliyev qiymət verdi. Ən ağır günlərimdə dəstək oldu. “Əməkdar artist” fəxri adı ilə məni təltif etdi. Oynadığım iki tamaşaya baxdı və ilk alqışlanan da mən oldum. Saysız-hesabsız dövlət tədbirlərində iştirak etmişəm. Hətta oyun tərzim xarici teatrşünaslar tərəfindən də bəyənilib. Yəqin nazirlik işçiləri də tamaşaçılar kimi elə bilirlər ki, mən xalq artistiyəm, Prezident təqaüdçüsüyəm. Ümummilli lider Heydər Əliyev o mükafatı təsis edəndə artistləri nəzərdə tutmuşdu. Çünki müğənnilər toya gedirdi, oradan qazancları olurdu. Mən Gülüstan sarayında ona təşəkkür edəndə dedi ki, “getdikcə daha da artacaq”. Birinci dəfə 75 nəfər idi, sonra 100 oldu, daha sonra 125 nəfər. İl-ildən artdı da. Hətta məbləği də artırdılar. İndi 1-2 il verirlər, sonra kəsirlər ki, qoy o birilər də alsınlar. Amma o təqaüdü ilk günündən alanlar var ki, heç onlara toxunmurlar. Kimi istəyirlərsə pensiyaya salırlar, kimi istəyirlərsə çıxarırlar. Təki hamı alsın, heç kimin mükafatında, təqaüdündə gözüm yoxdur. Amma bir az haqla hərəkət etsinlər. Ayıb deyil?! 60 yaşında da məni mükafatdan çıxartdılar, 65 yaşımda da. Bu adamı vurmaqdır! Mən kimə nə etmişəm? Mənim pensiya, təqaüd alan vaxtımdır, mükafat üçün mübarizə aparan vaxtım deyil. Ümid edirəm ki, yeni təyin olunan Mədəniyyət naziri hər şeyə düzgün qiymət verəcək” deyə aktrisa bildirib.

Aktrisa çəkilişlərdə də haqsızlıqlarla üzləşdiyini bildirib.

“Heç bir şey insan həyatında izsiz qalmır. Sonradan qan təzyiqi xəstəliyi tapdım. “Qaçaq Nəbi” filmində Həcər roluna təsdiqlənmişdim. Həcər qəhrəman qadın olduğu üçün bir çox səhnələr at üzərində idi. Mən bu səhnələri kaskadyorun oynamasına etiraz etdim, özüm oynadım. Sınaq çəkilişində atdan yıxılaraq belimi sındırdım. Bir ay mən o ağrıya dözə bilmədim. Sonradan məni nədənsə həmin filmə çəkmədilər, əziyyət yenə də özümə qaldı. Yaş artdıqca bütün bu ağrılar səhhətimə öz təsirini göstərir. Hər bir qadın kimi mən də zərif idim. Təbii ki, bütün xanımlar istəyirlər ki, gəncliyi, gözəlliyi qoruyub saxlasınlar. 90-cı illərə qədər mən də formamı saxlayırdım. Xəstələndim, əməliyyat olundum, məndə şişmə başladı. İynələrin təsiri nəticəsində mən şişdim. Bu nə yeməkdən, nə də idmandan asılı idi. Mən həmişə özümdən çox başqasını düşünürdüm. Bəzən bir rol verirdilər, deyirdim ki, qoy başqası oynasın, mən sonra oynayaram. Kaş ki, o rolları vaxtında oynayardım. Deyirlər ki, həyat mübarizədir, amma sonda adam bezir. Nə qədər mübarizə aparmaq olar?” deyə sənətkar bildirib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür

Qərbi Azərbaycan İcması Paris olimpiadasında Azərbaycana qarşı yol verilmiş təxribatı qınayıb

Ən çox oxunanalar