Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ISW: SES-in partlaması nəticəsində ruslar çoxlu mövqelərini itiriblər...

Kaxovka SES-in bəndinin partlaması nəticəsində Dnepr çayının sol sahilində rusların birinci müdafiə xəttinin bir çox istehkamları məhv olub...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın Müharibə Araşdırmaları İnstitutu (ISW) son hesabatında bildirilib.

Analitiklərin fikrincə, Kaxovka SES bəndinin dağıdılması cəbhənin Xerson hissəsinin coğrafiyasını və topoqrafiyasını xeyli dəyişib. Daşqın Rusiyanın Dnepr çayının şərq sahilində hazırlanmış müdafiə mövqelərini, xüsusən də Qoliya Pristan və Oleşkidəki birinci xəttdəki mövqelərini ciddi şəkildə pozub.

“Kaxovka SES-in bəndinin dağılması Rusiya ordusunun Dnepr çayının şərq sahilindəki mövqelərinə təsir edir. Daşqın Rusiya hərbçilərinin Ukrayna hücumlarına qarşı müdafiə üçün istifadə etmək niyyətində olduğu bir çox birinci dərəcəli səhra istehkamlarını məhv edib. Rusiya şəxsi heyəti və hərbi texnikası rus qoşunlarının Oleşki və Qolya Pristanda cəmləşdiyi əsas məntəqələrdən geri çəkilməyə məcbur olub. Əvvəllər rus qoşunları bu mövqelərdən Xerson şəhərini və Dnepr çayının sağ sahilindəki digər yaşayış məntəqələrini atəşə tutmaq üçün istifadə edirdilər”, deyə analitiklər qeyd edirlər.

Daşqın Rusiyanın sahil boyu minalanmış sahələrini də məhv edib və rus bölmələri su basmış ərazilərdən tələsik 5-15 km uzaqlaşıblar. Ona görə də ruslar indi Ukrayna mövqelərinə artilleriyadan atəş açmaq iqtidarında deyillər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar