Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Heydər Əliyev İli” çərçivəsində Nəsimi rayonunda silsilə tədbirlər keçirilib

Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “KOALA PARK” Uşaq Əyləncə Mərkəzində rayonda yerləşən 268 nömrəli xüsusi məktəbin uşaqları ilə tədbir keçirilib...

Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli inkişaf strategiyası ölkə həyatının bütün sahələrini əhatə edir, o cümlədən cəmiyyətimizin kövrək təbəqəsi olan uşaqlara yüksək qayğı ilə yanaşılır, onların problemlərinin həlli istiqamətində konkret addımlar atılır. Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlara Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da olduqca böyük töhfələr verir.

Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “KOALA PARK” Uşaq Əyləncə Mərkəzində rayonda yerləşən 268 nömrəli xüsusi məktəbin uşaqları ilə tədbir keçirilib. Süfrə arxasında keçirilən tədbirdə, onların qayğıları ilə maraqlanılmış, eyni zamanda uşaqlar müxtəlif oyun elementlərindən istifadə etmişlər. Sonda uşaqlara hədiyyələr təqdim olunmuşdur.

Heydər Əliyev ili” çərçivəsində Nəsimi rayonunda yerləşən “Zabitlər Bağı”nda da “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib. Rayonda yaşayan aztəminatlı ailələrdən olan uşaqlar üçün süfrə təşkil olunmuş, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin iştirakı ilə müxtəlif rəqslər və musiqi nömrələri təqdim olunmuşdur. Sonda xatirə şəkilləri çəkilmişdir.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlara mütəmadi olaraq baş çəkilir, görüşlər keçirilir, xeyirxah tədbirlər, mədəni yığıncaqlar təşkil edilir.

Qeyd edək ki, keçirilən silsilə tədbirlər çərçivəsində rayon İcra Hakimiyyəti tərəfindən 1 saylı Körpələr Evi ziyarət olunaraq valideyn himayəsindən məhrum olmuş uşaqlara baş çəkilmiş, onların vəziyyəti ilə maraqlanılmış, bayram sovqatları, müxtəlif oyun elementləri və maddi yardımlar təqdim olunmuşdur.

Eyni zamanda Nəsimi rayon məktəbliləri arasında 28 May - Müstəqillik Gününə həsr olunmuş mini futbol turnirinin final mərhələsi də keçirilib.
Tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, Şəhid ailələri, Vətən müharibəsi əlilləri, rayon ictimaiyyəti nümayəndələri və rayon gəncəri iştirak ediblər.

Turnirdə Nəsimi rayonu üzrə 24 tam orta məktəb və liseyin 7-ci,8-ci sinif şagirdləri (oğlanlar) mübarizə aparıblar.

Qalib komandalara diplomlar təltif olunub, kubok, medal, və müxtəlif hədiyyələr təqdim edilmişdir.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Neftçalada üzərində güllə izi olan kəllə skeleti tapıldı - Foto

Əməkdar artist Hissi tanımadı: “Hissdir, kömürdür, bilmirəm” - Video

Ən çox oxunanalar