Cümə axşamı, 13 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uzaq səfərə çıxan sürücülərin nəzərinə: İstirahət üçün yerlər ayrıldı

Sürücü uzaq səfərə çıxırsa, 3-4 saatdan bir avtomobili saxlamalı və istirahət etməlidir...

İsti hava şəraiti ilə bağlı uzaq yol qət etmək məqsədilə magistral yollara çıxan sürücülərin istirahəti üçün yol polis postlarında şərait yaradılıb.

Bu barədə “Trend”ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev deyib.

O bildirib ki, respublika əhəmiyyətli bütün avtomobil yollarındakı stasionar postlarda sürücülərə bu cür şərait təklif olunur:

“Sürücülər səfərə çıxmazdan əvvəl avtomobilin texniki sağlığına nəzarət etməlidirlər. Kondisioneri olmayan və ya işlək vəziyyətdə olmayan avtomobillərlə sürücülərin mümkün qədər günün nisbətən sərin vaxtlarında yola çıxması məsləhətdir. Hərəkət zamanı avtomobilin təhlükəsizlik kəmərlərindən təkcə sürücü deyil, avtomobildə olan sərnişinlər də istifadə etməlidirlər. Kəmərlərin bağlanmaması təkcə məsuliyyət yaratmır, əyləc sisteminin qəfil sıxılması və ya hər hansı toqquşma zamanı insan həyatını təhlükədən qoruyur.

Bununla yanaşı, səfərə çıxan sürücü ən azı bir sutka əvvəldən spirtli içki qəbul etməməlidir. Yuxusuz və yorğun sürücülərin yola çıxmaması məsləhət görülür. Sürücü uzaq səfərə çıxırsa, 3-4 saatdan bir avtomobili saxlamalı və istirahət etməlidir. Bunun üçün respublika əhəmiyyətli avtomobil yollarındakı Baş Dövlət Yol Polisinin stasionar postlarında şərait yaradılıb. Hər bir sürücü bu şəraitdən istifadə edə bilər”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qarabağ ermənilərinin idarə olunmasında problemlərlə üzləşib?

Sosioloq: Bunlar nə hökumətin, nə də parlamentin heç vecinə də deyil...

Svetoforun qırmızı işığında keçən sürücülərin cəriməsi artırılır

Bakıdan yola salınan növbəti köç karvanı Şuşaya çatıb - Yenilənib

Deputat: "Müharibə veteranlarının təqaüdünü artırmaq üçün böyük vəsait lazım deyil"

Kanalizasiya, su təchizatı və qeyri leqal borular

Qalstanyanın küçə terroru Ermənistan hakimiyyətinin zəifliyidir, yoxsa Paşinyan başqa məqsəd güdür?..

Paşinyan rəsmən açıqladı: "Ermənistan KTMT-dən çıxacaq"

AQTA dondurmalarla bağlı monitorinq keçirib, 10 məhsulda bakteriya aşkarlanıb - Siyahı

Xalq artisti efirdə aparıcını pərt etdi - Video

Məşhur portuqaliyalı Azərbaycan millisinin baş məşqçisi oldu

İsrail ordusu "Hizbullah" liderinin məhv edildiyini elan edib

Ən çox oxunanalar