Çərşənbə axşamı, 18 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda heyvanların öd daşı qızıl qiymətinə satılır

Son zamanlar qəssablar inək və qoyunların ödündən çıxan daşların bəzi şəxslər tərəfindən qramının 50 manatdan alınmasına dair xəbərlər yayırlar...

Qəssab Ramin Məmmədov Lent.az-a verdiyi açıqlamada bildirib ki, bu məsələdən təzə xəbərdar olub.

"Əvvəllər kəsilmiş heyvanın ödünü bütövlükdə çıxarıb atırdıq. İndi eşitmişik ki, öd daşlarını alırlar. Bir neçə dəfə satmışam. Bir qramını 50 manatdan alırlar. Hətta Sumqayıtda inəkdən çıxan öd daşına 70 manat təklif edən də oldu. Eşitdiyimə görə, ondan dərman hazırlayırlar. Bəzən gəlib qəssablardan bütöv öd alanlar da olur ", - deyə qəssab qeyd edib.

Həkim Sevinc Qurbanova bildirib ki, bu daşlardan xalq təbabətində, türkəçarələrdə istifadə edilib.

"Əsasən öd daşlarını keçmişdə maral buynuzu, camış buynuzu ilə birgə istifadə edərdilər. Xalq arasında onun antioksidant xarakterinə inanır, sarılıq, şəkər, dəri xəstəliklərinə çarə olduğunu düşünürdülər. Öddə olan bilirubinin çox güclü antioksidant təsiri olduğu bildirilir və bu daşlardan ürək, qaraciyər, hepatit, xərçəng və qızdırmanın müalicəsində super vasitə kimi istifadə olunur. Mən heç bir halda həkim məsləhəti olmadan belə vasitələrdən istifadəni tövsiyə etmirəm", - o bildirib.

Baytar həkimi Əlinağı Məlikov isə bildirib ki, belə daşlar ancaq xəstə və qoca heyvanlarda əmələ gəlir. O, özü infeksiya mənbəyi olan bir daşın insana fayda verə biləcəyini düşünmədiyini deyib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq deputat Mirkazım Kazımov dəfn olunub - Yenilənib

Aİ-yə daxil olmayan 9 ölkə İrana qarşı sanksiyalara qoşulub

Həcc ziyarətində faciə: 14 zəvvar öldü, 17 nəfər axtarılır

Ceyhun Bayramov və Hakan Fidan TDT-nin Şuşa zirvəsinə hazırlığı müzakirə ediblər

50 yaşa çatmadan ölən azərbaycanlı jurnalistlər

Azərbaycanda vəzifəli şəxsin üzərinə benzin tökdülər

Azərbaycanın əmək haqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb

Xaçmazda avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var

Türkiyədən Yunanıstana qaçmaq istəyən FETÖ-çular saxlanılıb

Bakıdakı dəhşətli qəzanın anbaan görüntüləri

Ən çox oxunanalar