Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Conson yenidən Makronu ələ saldı - Parodiya...

Makronu “Putinin əclaf əlaltısı” adlandıran Boris Conson deyib ki, Vladimir Putinin eqosunun təmin olunması onların işi deyil....

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson şəxsi söhbətlərində “Putinin əclaf əlaltısı” adlandırdığı köhnə rəqibi, Fransa prezidenti Emmanuel Makronu yenidən yerdən-yerə vurub.

Poliqon xəbər verir ki, bu barədə Politici nəşrinin məlumatında bildirilir.

Nəşr qeyd edir ki, Conson nahar zamanı saxta fransız ləhcəsi ilə Makronu parodiya edib:

“Düşünürəm ki, mənim fransalı dostum və həmkarım Emmanuel Makron deyib ki, “Putini alçaltmaq olmaz”. Açığı, mən hesab edirəm ki, Vladimir Putini alçaltmaq üçün çox şey lazımdır, deyə Conson Fransa prezidentini ələ salıb.

“Mən düşünmürəm ki, Vladimir Putinin eqosu, siyasi perspektivləri və ya karyera inkişafı ilə bağlı narahat olmaq bizim işimiz deyil”, deyə Conson davam edib.

Respublikaçıların ABŞ-ın Şərqi Avropadakı müharibəyə yox, Çinə diqqət yetirməsi ilə bağlı qorxularına cavab verən Conson deyib ki, Putinin qələbəsi Cənub-Şərqi Asiya, Cənubi Çin dənizi və bütün potensial münaqişə bölgələri üçün dəhşətli nəticələrə səbəb olacaq.

“Bu yaxın onilliklərdə bu böyük dövlətlər arasında müharibəyə yol aça bilər”, deyə Conson qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar