Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quterreş: BMT Təhlükəsizlik Şurasında islahatların vaxtı çatıb…

BMT-nin Baş katibi Bretton Woods sisteminin islahatlar vasitəri ilə dəyişdirilməsinin zəruriliyini də bəyan edib…

BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, həm Təhlükəsizlik Şurasında, həm də Bretton Woods sistemində “bugünkü dünyanın reallıqlarına” uyğun islahatların aparılması vaxtı çatıb.

Poliqon Reuters Agentliyinə əsaəsn xəbər verir ki, Baş katib bu barədə bazar günü Yaponiyanın Xirosima şəhərində G7 liderlərinin sammitində mətbuat konfransında danışıb. Quterreş hər iki sistemin 1945-ci ildəki güc balansınıi əks etdirdiyini və yenilənməyə ehtiyac olduğunu söyləyib.

"Qlobal maliyyə arxitekturası köhnəlmiş, işlək və ədalətsiz olub. COVID-19 pandemiyası və Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranan iqtisadi təlatümlər qarşısında Bretton Woods sistemi qlobal təhlükəsizlik sistemi kimi əsas funksiyasını yerinə yetirə bilmədi", deyə Quterreş bildirib.

Baş katibin sözlərinə görə, G7 sammitində inkişaf etməkdə olan ölkələr arasında köhnəlmiş institutları islahat etmək və ya “Qlobal Cənubun məyusluqlarından qurtulmaq” üçün kifayət qədər iş görülmür.

“İndi biz burada, Xirosimada keçirilən müzakirələrin təsirini görəcəyik. G7 üzvləri dünyanın ən mühüm inkişaf etməkdə olan iqtisadiyyatlarından bəziləri ilə danışıqlar apara bildilər”, deyə Quterreş bildirib.

Reuters Agentliyi qeyd edib ki, G7 sammitinə ev sahibliyi edən Yaponiya xüsusi olaraq “Qlobal Cənub” adlanan ölkələrin nümayəndələrini danışıqlar üçün Xirosimaya dəvət edib. Dəvət olunanlar arasında Hindistanın baş naziri Narendra Modi, Braziliya prezidenti Luiz İnasio Lula da Silva və İndoneziya prezidenti Coko Vidodo da olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar