Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacıqabulda Afiq Kərimov “fırtına“sı - Başçının köməkçisi oliqarxa necə çevrilib?

Azərbaycanda icra başçısı təyin edilən şəxslər ilk öncə köməkçilərini dəyişərək, özlərinə yaxın şəxsi bu vəzifəyə təyin edirlər. Ancaq bəzi müəmmalı istisnalarda var. Belə müəmmalı istisnalardan biri Hacıqabul rayonunda baş verib. Belə ki, Hacıqabul rayonuna icra başçısı təyin edilən Rüstəm Xəlilov, keçmiş başçının dövründə adı müxtəlif qalmaqallarda hallanan köməkçi Afiq Kərimovu vəzifəsindən azad etmədi. Hətta qalmaqallı Afiq Kərimovun səlahiyyətlərinin Rüstəm Xəlilov dövründə daha da artdığı deyilir.

AzFakt.com-a daxil olan məlumata görə Hacıqabul icra başçının köməkçisi vəzifəsindən sui-istifadə edərək müxtəlif obyektlərə, torpaq sahələrinə və biznesə malik olan Afiq Kərimov oliqarxa çevrilib. Azərbaycanda icra başçıları köməkçiləri arasında ən varlısı və səlahiyyətlisi də Afiq Kərimov olduğu bildirilir. Hazırda Hacıqabulda icra başçısının tender, torpaq satışı, tikinti məsələlərindən tutmuş, məmurlardan gizli yolla alınan maliyyə məslələrinə qədər demək olar ki, bütün işlərinə Afiq Kərimovun nəzarət etdiyi deyilir. Hətta bir müddət əvvəl başçının birinci müavini təyin edilən Saleh Əskərovun da təyinatında köməkçi Afiq Kərmovun rolunun olduğu bildirlir.

Kiçik bir rayonun icra başçısının köməkçisi işləyən Afiq Kərimovun qədər sərvətə, mal-mülkə sahib olması isə sözün həqiqi mənasında hüquq mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılmalıdır.

Mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Ən çox oxunanalar