Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə konsert proqramı keçirilib

Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə konsert proqramı keçirilib...

16 may 2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər Uşaq Musiqi Məktəbinin və Hacıqabul Şəhər Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər ƏliyevAzərbaycan mədəniyyəti” mövzusunda “Dostluq görüşləri” adlı konsert proqramı keçirilib.

Poliqon.info xəbər verir ki, öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzüb, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Uşaq Musiqi Məktəbinin direktoru Əbülfət İsmayılov, Hacıqabul Şəhər Uşaq Musiqi Məktəbinin direktoru Mehdiqulu Fərəcov çıxış edərək müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tükənməz ibrət məktəbi olduğunu bildiriblər. Qeyd edilib ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Azərbaycan mədəniyyətinin inkişafında yeni dövrün əsasının qoyulmasının məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq, Heydər Əliyevin mədəniyyət siyasətinin bu gün hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox ləyaqətlə davam etdirildiyi qeyd edilib.

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir Hacıqabul Şəhər Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivinin ifasında konsert proqramı ilə davam edib.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Qonşular arasında dava düşüb: 3 nəfər bıçaqlanıb

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış anti-Azərbaycan şəbəkə

Ən çox oxunanalar