Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ gələn il üçün OPEC ölkələrində neft hasilatı üzrə proqnozu dəyişib

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2024-cü il üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu azaldıb, 2023-cü il üçün isə cüzi artırıb.

"APA-Ecocomics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatının 28,99 mln. barel olacağı proqnozlaşdırılır, bu da öncəki proqnozdan 0,2 mln. barel azdır.

Hesabata əsasən, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28,34 mln. barel olacaq. Bu, əvvəlki proqnoz göstəricidən 0,08 mln. barel çoxdur.

Qeyd olunur ki, ötən il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28,67 mln. olub.

Xatırladaq ki, 2021-ci ildə OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 26,28 mln. barel olub. 2020-ci ildə OPEC üzrə gündəlik neft hasilatı 25,6 mln. barel təşkil edib, 2019-cu ildə isə 29,27 mln. barelə bərabər idi.

Beləliklə, EİA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, OPEC ölkələri neft hasilatı üzrə koronavirus infeksiyası pandemiyasından əvvəlki səviyyəyə gələn il də çata bilməyəcək.

Poliqon.info


Etiket: ABŞ OPEC


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar