Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qardaşlar”ın şöhrət davası - Kadırov Priqojini aşağılayaraq təhqir edib...

Popasna qəsəbəsinin ələ keçirilməsində çeçenlərin iştirakını qeyd etmədiyi üçün Kadırov Priqojindən inciyib...

Çeçenistanın rəhbəri Ramzan Kadırov şənbə günü Telegram kanalında yerləşdirdiyi videonun əhəmiyyətli hissəsini “Vaqner qrupu”nun təsisçisi Yevgeni Priqojinin Popasna qəsəbəsinin ələ keçirilməsi ilə bağlı bəyanatının təhlilinə həsr edib.Qeyd edək ki, bir gün əvvəl Priqojin demişdi ki, 2022-ci ilin yazında bu qəsəbəni ələ keçirən “Vaqner qrupu” olub. Kadırov Priqojini tənqid etdiyi çıxışında bununla qətiyyən razılaşmır.

“Popasnayanı götürdüyünüzü deyirsiniz: Mən sizə rəsmi şəkildə bildirirəm ki, biz hamımız Popasnanın ələ keçirilməsində iştirak etmişik. Hamımız orada idik və qoşunlarımız Popasnanı aldı. Və başqa yerlərdə özünüzü pis hiss etdiyiniz zaman qardaş çiyninə ehtiyacınız var idi və çeçen qardaşlarınıza müraciət etdiniz”, deyə Kadırov Telegram kanalında yayımlanan doqquz dəqiqəlik videoda Priqojinə sitəm edib.

“Qardaşımın özünü bu cür aparmasından incidim”, deyə təkcə Popasna ilə bağlı deyil, həm də Baxmutla bağlı açıqlamaya istinad edərək deyir. Çeçenistan rəhbəri Özəl Hərbi Şirkətin yaradıcısına müraciət edərək əslində əmr verir: “Jenya, biz mövqelərə çatana qədər sən müdafiədə olacaqsan. Biz irəliləməyə başlayanda yalnız bundan sonra hara getdiyinizi müəyyən edəcəyik”.

“Mən sınin hər şeyi anlayışla qarşılamanı gözləyirən və və sən, sənə deyilənləri edəcəksən. Səninlə əlaqə saxlayıb hər şeyi izahat verəcəklər”, deyə Kadırov faktiki olaraq Priqojini aşağılayır. Çeçen lider əlavə edib ki, o, Müdafiə Nazirliyi ilə birlikdə Çeçenistan təhlükəsizlik qüvvələrinin Baxmut əməliyyatında iştirak strategiyasını müzakirə edir.

Qeyd edək ki, Luqansk vilayətində bir qəsəbə olan Popasna uğrunda döyüşlər 2022-ci ilin mart-may aylarında baş verib və cümə günü Priqojin yayımladığı bir videoda işğalı məhz “Vaqner qrupu”nun həyata keçirdilyini bildirib. “Martın 16-da XHƏ plana uyğun getməyəndə bizdən kömək istədilər. Martın 19, 22-də bölmələrimiz Afrikadan gəldi, tam təchiz olundu və dərhal döyüşə girdi. Ən çətin yerə - Popasna möhkəmləndirilmiş ərazisinin mərkəzinə daxil olduq. Və 9 may 2022-ci ilə qədər qəsəbəni ələ keçirdik”, deyə Priqojin bildirib və əlavə edib ki, kifayət qədər döyüş sursatı almadığı təqdirdə muzdlular Baxmutu tərk edəcəklır.

Qeyd edək ki, Popasna yaxınlığındakı döyüşlərdə çeçen bölmələri də iştirak edib və bu barədə Kadırovun teleqram kanalında dərc olunan videolarda dəfələrlə məlumat verilib. 8 may 2022-ci ildə o, bildirib ki, şəhərin çox hissəsini “çeçen xüsusi təyinatlılarının əsgərləri ələ keçirib”. Sonra may ayında DXR qoşunlarının keçmiş komandiri İqor Strelkov (Girkin) yazıb ki, Kadırovun qoşunları əməliyyatda yalnız “sosial mediada” iştirak edir və şəhər LXR MİLİSLƏRİ və “Vaqner” ÖHŞ-nin muzdluları tərəfindən alınıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Ən çox oxunanalar