Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Serbiyada ard-arda qətliamlar: Tərkisilah qərarı verildi

“Silahı olan hər kəs - bu, təxminən 400 min nəfərdir - yoxlamadan keçəcək, bundan sonra onların sayı 30-40 minə endiriləcək”...

Serbiya hökuməti Daxili İşlər Nazirliyinə Mladenovats və Belqradda baş verən hücumlardan sonra ölkənin tərksilah edilməsini həyata keçirməyi tapşırıb.

Serbiya Prezidenti Aleksandar Vuçiç mayın 5-də xalqa müraciəti zamanı bu tədbirə çağırıb.

Vuçiç Serbiyanın demək olar ki, tam tərksilahının həyata keçiriləcəyini vurğulayıb.

“Silahı olan hər kəs - bu, təxminən 400 min nəfərdir - yoxlamadan keçəcək, bundan sonra onların sayı 30-40 minə endiriləcək”, - deyə o bildirib.

Prezident növündən asılı olmayaraq, silah gəzdirmək üçün icazələrin verilməsinə moratorium tətbiq olunmasını, həmçinin silah sahiblərinin daha tez-tez tibbi və psixoloji müayinədən keçirilməsini təklif edib.
O, həmçinin icazəsiz silah saxlamağa və satmağa görə cəzaların sərtləşdiriləcəyini açıqlayıb. Bununla yanaşı, Vuçiç hökumətin məktəblərin təhlükəsizliyini yaxşılaşdırmaq üçün 1200 yeni polisi işə götürəcəyini bildirib.

Xatırladaq ki, Serbiyanın Mladenovats şəhər icmasının Dubona kəndində 21 yaşlı şəxs odlu silahla atəş açaraq 8 nəfəri öldürüb, 13 nəfəri yaralayıb.

Bir gün əvvəl isə Belqradda 14 yaşlı yeniyetmə məktəbdə sinif yoldaşlarına atəş açıb. Nəticədə 9 nəfər ölüb, altı uşaq və bir müəllim yaralanıb.(oxu.az)

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Azərbaycanlı aparıcının bağ evini soydular - Video

Ən çox oxunanalar