Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda minifutbol üzrə Beynəlxalq Turnirin açılış mərasimi keçirilib - Foto

Azərbaycan Minifutbol Federasiyasnın (AMF) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Minifutbol üzrə Beynəlxalq Turnirin açılış mərasimi keçirilib

"Report"un məlumatına görə, tədbirdə idman federasiyalarının rəhbərləri, Türkiyə, Ukrayna, Çexiya və s. ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Ümummilli Liderin idmana diqqət və qayğısından bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda idman siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, ölkədə keçirilən beynəlxalq idman tədbirlərinin sayının ildən-ilə artdığını qeyd edib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə idmanın inkişafına, idmançılara böyük diqqət və qayğısı beynəlxalq yarışlarda yeni qələbələr qazanmağımıza zəmin yaradır.

Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti, "Zirə" Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov ölkədə minifutbolun inkişafı, beynəlxalq turnirin məqsədi barədə fikirlərini bölüşüb, yarışın dostluq mühitində keçəcəyinə və yaddaşlarda qalacağına əminliyini vurğulayıb. O, iştirakçı komandalara uğurlar arzu edib.

Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda Azərbaycanın minifutbol üzrə Avropa çempionluğundan sonra bu idman növünə marağın daha da artdığını, belə mötəbər beynəlxalq turnirlərin bu idman növünün təbliğində əhəmiyyətli olduğunu vurğulayıb: "Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqət dəfələrlə beynəlxalq idman təşkilatları və federasiyaları tərəfindən yüksək qiymətləndirilib".

Çıxışlardan sonra açılış mərasimi bədii proqramla davam edib. Yekunda turnirdə mübarizə aparan 10 ölkənin komandaları səhnəyə dəvət olunub.

Qeyd edək ki, turnirin açılış oyununda Azərbaycan və Çexiya yığmaları qarşılaşacaqlar. Yarış mayın 6-da başa çatacaq.

Fotolar

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Arktikada strateji ərazi 323 milyon dollara satışa çıxarılıb

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını alqışlayıb

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Ən çox oxunanalar