Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Formula 1”lə əlaqədar 10 tibb məntəqəsi yaradılıb, 200 səhiyyə işçisi təhkim olunub

TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin 20 nəfər əməkdaşı da “Formula 1” yarışları boyunca xidmət göstərəcək...

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Bakı Şəhər Halqası tərəfindən təşkil olunan “Formula 1” Azərbaycan Qran-Prisi günlərində zərurət yarandığı hallarda tibbi yardım göstərmək üçün təhkim olunan tabeli tibb müəssisələrinin tibbi heyəti ilə görüşüb.

TƏBİB-dən verilən məlumata görə, Birliyin İcraçı direktoru görülən işlərlə yerində tanış olub, müvafiq tapşırıqlarını verib.

Yarışların keçiriləcəyi günlərdə zərurət yarandığı hallarda tibbi xidmətlərin operativ şəkildə təşkili məqsədilə 10 məntəqədə çalışmaq üçün 10 həkim və 10 tibb bacısı təhkim olunub. TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin 20 nəfər əməkdaşı da “Formula 1” yarışları boyunca xidmət göstərəcək.

Stasionar müalicənin tələb olunduğu halların yarana biləcəyi ehtimalı nəzərə alınaraq Mərkəzi Neftçilər Xəstəxanasında 1 şöbə (5 palata) ayrılaraq bütün lazımi avadanlıqlarla təchiz olunub, Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzi hazır vəziyyətə gətirilib. “Formula 1” üçün yaradılmış səyyar hospital üçün tələb olunan dərman, tibbi ləvazimatlar və avadanlıqlar TƏBİB tərəfindən təchiz olunub.

Yarış xətti boyunca iştirakçılara, “Formula 1” çərçivəsində xidmət göstərən şəxslərə, eləcə də tamaşaçılara təcili və təxirəsalınmaz tibbi xidmətin tələb olunduğu hallarda, eyni zamanda yarışlar səbəbi ilə giriş-çıxışı məhdudlaşdırılmış ərazidə yaşayan əhali üçün Təcili və Təxirəsalınmaz Tibbi Yardım postları qurulub. İdmançılar üçün trekdə 12, tamaşaçılar üçün 8 tibbi briqada daimi şəkildə fəaliyyət göstərəcək.

Qeyd edək ki, TƏBİB 4 ildir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə “Formula 1” Azərbaycan Qran-Prisi çərçivəsində uğurlu əməkdaşlıq edir.

Poliqon.info


Etiket: “Formula 1”


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Dəbdən düşən 3 dizayn növü – Mütəxəssislər açıqladı

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Ən çox oxunanalar