Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Güney azərbaycanlı əfsanəvi futbolçu: "Bu il fitrə zəkatınızı zibil qutularına atın!"

"Bu il fitrə zəkatınızı zibil qutularına atın!"

“Report” “Azad İran”a istinadən xəbər verir ki, bunu İranın və Azərbaycanın əfsanəvi futbolçusu Əli Kərimi sosial şəbəkədə ölkə əhalisinə müraciətində yazıb.

Tehran rejiminə müxalif olan tanınmış futbolçu Əli Kərimi İran xalqına xitabən bildirib: “Bu il fitrə zəkatınızı zibil qutularına atın. Çünki zibil qutuları istənilən başqa qurumdan (hökuməti nəzərdə tutur - red.) acları daha çox doyurur”.

Qeyd edək ki, Əli Kərimi 1982-c il avqustun 30-da Təbrizdə anadan olub. O, hücumda olan cinah yarımmüdafiəçisi mövqeyində çıxış edib. 2006-cı ildə İran milli komandasının tərkibində dünya çempionatında və Almaniyanın məşhur “Bavariya” klubunda çıxışları ilə tanınıb. Son illərdə Asiyanın ən yaxşı futbolçularından biri olmuş Əli Kərimini azarkeşlər “Asiya Maradona” adlandırıb. 2004-cü ildə “Asiyanın ən yaxşı futbolçusu” adını alıb. 2009-ci il iyunun 17-də Əli Kərimi İran millisinin heyətində Cənubi Koreya millisinə qarşı son oyununu keçirib. O, 2009-cu ilin prezident seçkisində Mahmud Əhmədinejadın əsas rəqibi Mirhüseyn Musəviyə dəstəyini simvolizə edən yaşıl sarğılarla Cənubi Koreya ilə oyunda meydana daxil olduğu üçün Mehdi Məhdəvikia, Hüseyn Kəəbi və Vahid Haşimianla birlikdə milli komandadan ömürlük kənarlaşdırılıb. Əli Kərimi İran millisinin heyətində 112 oyuna çıxıb, 36 qol vurub. Ramazan ayında oruc tutmaqdan imtina etdiyinə görə 2010-cu ilin avqustunda İranın “Steel Azin” klubu onu komandadan uzaqlaşdırmışdı. 2010-2011-ci il mövsümündə Almaniyanın "Şalke 04" klubunda çıxış edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Bilgəhdə dənizdə batan iki qardaşı ataları xilas edib, vəziyyətləri ağırdır

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar