Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərbəst güləşçilərimizin Avropa çempionatlarındakı qazancı: 27 qızıl, 25 gümüş, 37 bürünc medal - Siyahı

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında sərbəst güləş üzrə Azərbaycan millisi dördüncü dəfə komanda hesabında qitə birincisi olub.

“Report” xəbər verir ki, sərbəst güləşçilər aktivlərinə 2 qızıl, 2 gümüş, 2 bürünc medal yazdırıblar.

Əliabbas Rzazadə karyerasında ilk Avropa çempionluğunu əldə edibsə, Hacı Əliyev rekorda imza atıb. 32 yaşlı pəhləvan 4-cü dəfə qitə birinciliyini qazanmaqla Azərbaycanın sərbəst güləş tarixinə düşüb.

Əliyev buna qədər Namiq Abdullayev, Cəbrayıl Həsənov və hazırkı baş məşqçisi Xetaq Qazyumovla birgə ən çox Avropa çempionu olan sərbəst güləşçi idi. Zaqrebdəki uğur onu mütləq rekordçu edib.

Üstəlik, Hacı Əliyev üç müxtəlif çəkidə bunu reallaşdırmaqla da ilki həyata keçirib. İndiyə qədər nə sərbəst, nə yunan-Roma, nə də qadın güləşçilərdən kimsə üç müxtəlif çəkidə qitə birincisi olmağı bacarıb.

Ümumiyyətlə, Azərbaycanın sərbəst güləş millisi müstəqillik illərində Avropa çempionatlarında 89 medal qazanıblar. Bunun 27-si qızıl, 25-i gümüş, 37-si isə bürüncdür.

Azərbaycanın müstəqillik illərində Avropa çempionatında medal qazanan sərbəst güləşçilər:

27 qızıl

Hacı Əliyev (4 dəfə) - 2014-cü il: Finlandiya (61 kq), 2018: Rusiya (65 kq), 2019: Rumıniya (65 kq), 2023: Xorvatiya (70 kq)

Namiq Abdullayev (3 dəfə) – 1994: İtaliya (52 kq), 1995: İsveçrə (52 kq), 2003: Latviya (55 kq)

Xetaq Qazyumov (3 dəfə) - 2009: Litva (96 kq), 2010: Azərbaycan (96 kq), 2011: Almaniya (96 kq)

Cəbrayıl Həsənov (3 dəfə) - 2010: Azərbaycan (66 kq), 2011: Almaniya (66 kq), 2019: Rumıniya (79 kq)

Məhəmməd İbrahimov (2 dəfə) – 1995: İsveçrə (82 kq), 1996: Macarıstan (82 kq)

Georgi Edişeraşvili (2 dəfə) – 2017: Serbiya (57 kq), 2018: Rusiya (57 kq)

Nazim Əlicanov (1 dəfə) – 2002: Azərbaycan (55 kq)

Əli İsayev (1 dəfə) – 2009: Litva (120 kq)

Çamsulvara Çamsulvarayev (1 dəfə) - 2009: Litva (74 kq)

Zəlimxan Huseynov (1 dəfə) - 2009: Litva (60 kq)

Mahmud Məhəmmədov (1 dəfə) - 2010: Azərbaycan (55 kq)

Toğrul Əsgərov (1 dəfə) – 2012: Serbiya (60 kq)

Ruslan Dibirhacıyev (1 dəfə) – 2014: Finlandiya (70 kq)

Şərif Şərifov (1 dəfə) - 2019: Rumıniya (92 kq)

Maqomedxan Maqomedov (1 dəfə) – 2022: Macarıstan (97 kq)

Əliabbas Rzazadə (1 dəfə) – 2023: Xorvatiya (57 kq)

25 gümüş

Cəbrayıl Həsənov (3 dəfə) – 2009: Litva (66 kq), 2014: Finlandiya (74 kq), 2016: Latviya (74 kq)

Aleksandr Qostiyev (3 dəfə) – 2016: Latviya (86 kq), 2017: Serbiya (86 kq), 2018: Rusiya (86 kq)

Namiq Abdullayev (2 dəfə) – 1997: Polşa (54 kq), 2006: Rusiya (55 kq)

Elman Əsgərov (2 dəfə) – 2002: Azərbaycan (66 kq), 2005: Bolqarıstan (66 kq)

Şərif Şərifov (2 dəfə) – 2010: Azərbaycan (84 kq), 2018: Rusiya (92 kq)

Ağahüseyn Mustafayev (2 dəfə) – 2019: Rumıniya (70 kq), 2020: İtaliya (70 kq)

İlham Abbasov (1 dəfə) – 1993: Türkiyə (62 kq)

Xetaq Qazyumov (1 dəfə) – 2014: Finlandiya (97 kq)

Cəmaləddin Məhəmmədov (1 dəfə) – 2017: Serbiya (125 kq)

Murad Süleymanov (1 dəfə) - 2017: Serbiya (74 kq)
Turan Bayramov (1 dəfə) – 2021: Polşa (70 kq)

Abubakr Abakarov (1 dəfə) – 2022: Macarıstan (86 kq)

Əşrəf Aşırov (1 dəfə) - 2022: Macarıstan (79 kq)

Hacı Əliyev (1 dəfə) - 2022: Macarıstan (65 kq)

Əliabbas Rzazadə (1 dəfə) - 2022: Macarıstan (57 kq)

Maqomedxan Maqomedov (1 dəfə) – 2023: Xorvatiya (97 kq)

Osman Nurmaqomedov (1 dəfə) – 2023: Xorvatiya (92 kq)

37 bürünc

Cəmaləddin Məhəmmədov (4 dəfə) – 2011: Almaniya (120 kq), 2013: Gürcüstan (120 kq), 2018: Rusiya (125 kq), 2020: İtaliya (125 kq)

Arif Abdullayev (3 dəfə) – 1995: İsveçrə (57 kq), 1996: Macarıstan (57 kq), 2002: Azərbaycan (60 kq)

Çamsulvara Çamsulvarayev (3 dəfə) – 2007: Bolqarıstan (74 kq), 2008: Finlandiya (74 kq), 2010: Azərbaycan (74 kq)

Novruz Temrezov (2 dəfə) - 2008: Finlandiya (84 kq), 2009: Litva (84 kq)

Nurməhəmməd Hacıyev (2 dəfə) - 2018: Rusiya (97 kq), 2019: Rumıniya (97 kq)

Cəbrayıl Həsənov (2 dəfə) - 2018: Rusiya (79 kq), 2020: İtaliya (79 kq)

Əli Rəhimzadə (2 dəfə) - 2020: İtaliya (65 kq), 2021: Polşa (65 kq)

Osman Nurmaqomedov (2 dəfə) – 2021: Polşa (92 kq), 2022: Macarıstan (92 kq)

Namiq Abdullayev (1 dəfə) - 1996: Macarıstan (52 kq)

Rustəm Ağayev (1 dəfə) – 2004: Türkiyə (96 kq)

Əli İsayev (1 dəfə) – 2008: Finlandiya (120 kq)

Emin Əzizov (1 dəfə) - 2008: Finlandiya (66 kq)

Şərif Şərifov (1 dəfə) - 2011: Almaniya (84 kq)

Mahmud Məhəmmədov (1 dəfə) - 2011: Almaniya (55 kq)

Aleksandr Qostiyev (1 dəfə) - 2012: Serbiya (74 kq)

Yaşar Əliyev (1 dəfə) - 2013: Gürcüstan (55 kq)

Hacı Əliyev (1 dəfə) – 2016: Latviya (61 kq)

Ruslan Dibirhacıyev (1 dəfə) – 2017: Serbiya (70 kq)

Murtuz Müslümov (1 dəfə) - 2018: Rusiya (70 kq)

Mahir Əmiraslanov (1 dəfə) – 2019: Rumıniya (57 kq)

Aslanbek Alborov (1 dəfə) - 2020: İtaliya (92 kq)

Əfqan Xaşalov (1 dəfə) – 2021: Polşa (57 kq)

Turan Bayramov (1 dəfə) - 2022: Macarıstan (74 kq)

Georgi Meşvildişvili (1 dəfə) – 2023: Xorvatiya (125 kq)

Abubakr Abakarov (1 dəfə) – 2023: Xorvatiya (86 kq)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Ən çox oxunanalar