Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hulusi Akar Ukraynanın infrastruktur naziri ilə görüşüb

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov ilə Kayseri şəhərində görüşüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Görüş zamanı Türkiyənin təşəbbüsü ilə yaradılan Taxıl dəhlizinin fasiləsiz fəaliyyət etməsi üçün atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, bu günə qədər 903 gəmi ilə ehtiyacı olan ölkələrə 28,3 milyon ton taxılın təhlükəsiz çatdırılmasını təmin edilib.

Akar Ukraynada daha çox insan ölümünün qarşısının alınması, regionda sülh və sabitliyin bərpası üçün təcili atəşkəs elan edilməsinin vacibliyini vurğulayıb.

Bundan əlavə, türkiyəli nazir ölkəsinin regionda sülhün bərpa olunması və humanitar addımların atılmasında bundan sonra da üzərinə düşən vəzifəni yerinə yetirəcəyini də bildirilib.

Poliqon.info

 


Etiket: Hulusi Akar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar