Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya hasilatı azaltmaq vəd etməsinə baxmayaraq dənizdən neft nəqlini artırır…

Rusiya neftinin dəniz yolu ilə ixracı ötən həftə gündə 540 min barel artıb…

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyinin məlumatında bildirilir. Xəbərdə qeyd olunur ki, ixracın həcmi yenidən gündə 3 milyon bareli keçib və bu, Moskvanın hasilatı azaltmaq vədini yerinə yetirməsini şübhə altına alır.

Agentlik bildirir ki, 3-7 aprel tarixləri arasında sutkada Rusiya neftinin dəniz yolu ilə ixracı 3 milyon bareldən aşağı düşsə də, 10-14 aprel tarixləri arasında 3,43 milyon barelə yüksəld.b

Bloomberg-in məlumatına görə, son alıcısı məlum olmayan daşınmalarda nəzərəçarpacaq artım var. Neftin əsas həcmi Asiyaya satılır, Avropada Rusiya neftinin yeganə alıcısı isə Bolqarıstandır.

Agentlik qeyd edir ki, aprelin əvvəlində tədarüklərin azalması Moskvanın neft hasilatını təxminən 5% azaltmaq planlarına əməl etdiyini göstərirdi.

Son məlumatlara görə isə neftin qiymətinin artçasına baxmayaeraq, G7 ölkələri və Avstraliya Rusiya neftinin qiymət tavanını bir barel üçün 60 dollar səviyyəsində saxlamaq niyyətindədir. Bu barədə isə Reuters Agentliyi mənbəyə istinadən yazıb.

Qeyd edilir ki, Rusiyanın neft ixracını azaltmaq planları mart ayı tədarüklərinə də təsir etməyib. Hətta o zaman Rusiya limanları hər gün 3 milyon bareldən çox neft göndəririb.

Qeyd edək ki, fevralın 10-da Rusiya Baş nazirinin müavini Aleksandr Novak bəyan edib ki, mart ayında Rusiya Federasiyası könüllü olaraq gündəlik neft hasilatını 500 min barel (təxminən 5%) azaltmağa hazırlaşır. Onun sözlərinə görə, bu, Qərb dövlətlərinin Rusiyaya neft satışına məhdudiyyətlər tətbiq etməsindən sonra “bazar münasibətlərinin bərpasına” töhfə verməli idi.

Bəzi ekspertlər bunu qiymətlərə təsir etmək cəhdi kimi qiymətləndiriblər. Bununla belə, ABŞ maliyyə nazirinin köməkçisi Ben Harris hələ fevral ayında bildirmişdi ki, Vaşinqtonun fikrincə, bu, Rusiyanın dekabrın sonundan etibarən Avropa İttifaqına tədarük embarqosundan sonra hasil edilən bütün nefti sata bilməməsini əks etdirir.

Aprelin 3-də OPEC+ ölkələri alyansın bəzi üzv ölkələrində könüllü olaraq neft hasilatını azaltmağa razılaşıblar. Bu çərçivədə Rusiya may-dekabr ayları arasında hasilatı gündəlik 500 min barel azaltmağı öhdəsinə götürüb.

Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar-mart aylarında Rusiya büdcəsinin neft-qaz gəlirləri 45% azalaraq 1,635 trilyon rubl təşkil edib. Nazirlik bunu neftin qiymətinin aşağı düşməsi və qaz ixracının azalması ilə əlaqələndirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Ən çox oxunanalar