Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərhəddə daimi münaqişə... - Ermənistan rəhbərliyi nəyə nail olmaq istəyir?

Dünən baş verən erməni təxribatının səbəbləri...

Politoloq: “Dünən baş verən təxribat da nə ilkdir, nə də son. Bu proses belə davam edəcək”.

Azərbaycan dövləti sülh danışıqları məsələsinə son qoyub bütün cəbhə boyu erməni əsgərlərinin təxribat etdikdə məhvi ilə məşğul olmalıdır”.

Bu sözləri politoloq Azər Qasımov sərhəddə daima münaqişə yaradan Ermənistanın məqsədini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən baş verən erməni təxribatı hər şeydən əvvəl Azərbaycan ordusunun Laçınla Ermənistan sərhədində yerləşməsini ermənilər tərəfindən həzm olunmaması nəticəsində baş verdi. Buna baxmayaraq ermənilər həm də Azərbaycanla sərhədlərini delimitasiya və demarkasiya eləməkdən imtina edirlər.

İki ölkə arasında gərginliyin əsas səbəbi olan bu prossesdən qaçmaqla və sərhəddə daima münaqişə səbəbi saxlamaqla Ermənistan rəhbərliyi nəyə nail olmaq istəyir?

Ermənistanın əsas məqsədini Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Sülh bu şəraitdə mümkün deyil və olmayacaq da”.

Münaqişənin həllində maraqlı olmayan kənar qüvvələrin də burda Ermənistandan istifadə edəcəklərini vurğulayan politoloq qeyd edib ki, Ermənistan da onlardan istifadə edəcək:

Ermənistan müharibədə məğlub olmuş ölkədir. Biz də nə vaxtsa məğlub olmuşduq, amma bu məğlubiyyətlə barışmadıq və 30 ildən sonra da olsa, torpaqlarımızı geri aldıq. İndi ermənilər də bu müharibələri 1-ci, 2-ci adlandırmaqla 3-cü müharibə edə biləcəkləri və yenidən nə vaxtsa itirdiklərini geri ala biləcəkləri ümidi ilə Azərbaycanla guya sülh danışıqları aparırlar, necə ki, biz 30 il bu danışıqları apardıq.

Dünən baş verən təxribat da nə ilkdir, nə də son. Bu proses belə davam edəcək. Münaqişənin həllində maraqlı olmayan kənar qüvvələr də burda Ermənistandan istifadə edəcəklər. Ermənistan da onlardan istifadə edəcək. Sülh bu şəraitdə mümkün deyil və olmayacaq da.

Azərbaycan dövləti sülh danışıqları məsələsinə son qoyub bütün cəbhə boyu erməni əsgərlərinin təxribat etdikdə məhvi ilə məşğul olmalıdır. Kiçik bir təxribat olsa belə, ermənilərə elə güclü zərbə vurulmalıdır ki, bir daha buna risk etməsinlər. Nə qədər ki, İran, Rusiya var, AzərbaycanErmənistan arasında sülh olmayacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Azərbaycanlı aparıcının bağ evini soydular - Video

Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlanıb - Yenilənib

Ən çox oxunanalar