Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtaliya miqrasiya probleminə görə fövqəladə vəziyyət elan edib

İtaliya hökuməti miqrant axını və cənub bölgələrinin onları qəbul edərkən yaşadığı çətinliklərlə əlaqədar fövqəladə vəziyyət elan edib...

“Report” ANSA agentliyinə istinadən xəbər verir ki, mülki müdafiə və dəniz siyasəti naziri Nello Muzumeçinin təklifi ilə Nazirlər Şurasının iclasında 6 ay müddətinə 5 milyon avronun ayrılmasını nəzərdə tutan müvafiq qərar qəbul edilib.

Qeyd olunub ki, belə bir addım Aralıq dənizi marşrutu üzrə miqrasiya axınının artması ilə əlaqədar təcili tədbirlərin görülməsi zərurəti ilə diktə olunur. Daxili İşlər Nazirliyinin məlumatına görə, ilin əvvəlindən dəniz yolu ilə 30 mindən çox miqrant gəlib ki, bu da 2022-ci ilin ilk ayları ilə müqayisədə 4 dəfə çoxdur. Təkcə aprelin 7-dən 10-dək olan müddətdə Aralıq dənizində Kalabriya və Siciliya sahillərində aparılan əməliyyatlar zamanı 3 minə yaxın insan qurtarılıb. Afrika ölkələrindən gələn miqrantların çox hazırda Tunisdən gəlir, buradan siyasi və iqtisadi qeyri-sabitlik səbəbindən bir neçə on mil uzaqlıqda yerləşən İtaliyanın cənub sahillərinə gedişlər dəfələrlə artıb.

Hazırkı İtaliya hökuməti qarşısına birinci növbədə qanunsuz daşımaların qabaqlanması vasitəsilə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə vəzifəsi qoyub. Bundan əlavə, rəsmi Roma miqrantların çıxdığı ölkələri ilə işləmək niyyətindədir və həmçinin Avropa İttifaqından (Aİ) konkret cavablar gözləyir. Miqrasiya siyasətinin vahid xətti ilə bağlı məsələ artıq ertələnib və gözlənildiyi kimi, yalnız iyun sammitində müzakirə olunacaq.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ən çox oxunanalar