Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SEPAH Xəzər dənizində İsrailə göz dağı vermək üçün hərbi parad keçirəcək - Niyə Xəzərdə?..

İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizində və Fars körfəzində hərbi parad keçirəcəyi açıqlanıb...

Politoloq: “İran Xəzər dənizində hərbi parad keçirməklə öz gücünü İsrailə, ya da Rusiyaya deyil, Azərbaycana və digər Xəzəryanı ölkələrə göstərməyə çalışır”.

“Nə qədər İranla Azərbaycanın münasibətlərini pozmaq istəyən qüvvələr olsa da, Bakı və Tehran öz prinsipial mövqelərini ortaya qoya bilərlər. Görünən odur ki, Azərbaycan hər nə qədər İranla münasibətlərinin pozulmasında maraqlı olmasa da, İran bu prosesdə maraqlı görünür”.

Bu sözləri politoloq Xəyal Bəşirov SEPAH-ın Xəzər dənizində və Fars körfəzində keçirəcəyi hərbi paradı Poliqon-a şərh edərkən qeyd edib.

İran təxribat xarakterli addımlarına davam edir. İndi də İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizində və Fars körfəzində hərbi parad keçirəcəyi açıqlanıb. Yayılan məlumatlara görə İran bununla İsrailə göz dağı vermək istəyir. Lakin anlaşılmaz olan odur ki, İsrailə göz dağı vermək istəyən SEPAH Xəzər dənizində niyə parad keçirir? Axı Xəzər dənizi İsraillə bu və ya digər şəkildə əlaqəli deyil.

Bəs SEPAH-ın Xəzər dənizində bu paradın keçirməsində məqsədi nədir?

İranın Azərbaycana qarşı atdığı növbəti təxribatçı addımı Poliqon-un əməkdaşı Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “İranın Xəzər dənizində hərbi parad keçirməklə Azərbaycana və başqa ölkələrə əzələ nümayiş etdirməsi tamamilə yalnış üsuldur”.

İranın Xəzər dənizində hərbi parad keçirməklə Azərbaycana və başqa ölkələrə əzələ nümayiş etdirməsinin tamamilə yalnış üsul olduğunu vurğulayan politoloq Poliqon-a bildirib ki, İran qarşıdurmada olduğu ABŞ və İsraillə, həmçinin başqa ölkələrlə eyni coğrafiyanı bölüşmür və sərhədə malik deyil. Amma Tehran istəsə də istəməsə də, Azərbaycanla eyni coğrafiyanı bölüşür:

“Əslində, İran tərəfi hər vəchlə, imkan tapdıqca Azərbaycana qarşı növbəti təxribatını davam etdirməyə çalışır. Bu məsələdə İran hakimiyyətində maraqlı olan qüvvələr var. Onlar Azərbaycanla İran arasında münasibətlərin ciddi şəkildə pozulmasında maraqlı görünürlər. Təbii ki, kənarda olan bəzi qüvvələr də İranla Azərbaycan arasında münasibətlərin pozulmasında, regionda gərginliyin artmasında maraqlı görünürlər.

Bildiyikiz kimi, Azərbaycan ikinci Qarabağ müharibəsindən sonra regionda mövcud olan yeganə münaqişənin həllinə nail oldu. Həm İranda, həm də kənarda olan qüvvələrin İranla Azərbaycan münasibətlərin pozulmasında əsas marağı odur ki, münaqişəyə görə uzun illər bloka düşmüş iqtisadi və nəqliyyat kommunikasiyaların blokdan çıxarılmasını istəmirlər. Çünki əgər bu məsələ reallaşacaqsa, region dövlətləri və region xalqları, o cümlədən də Azərbaycan dividentlər əldə edəcək.

Amma nə qədər İranla Azərbaycanın münasibətlərini pozmaq istəyən qüvvələr olsa da, Bakı və Tehran öz prinsipial mövqelərini ortaya qoya bilərlər. Görünən odur ki, Azərbaycan hər nə qədər İranla münasibətlərinin pozulmasında maraqlı olmasa da, İran bu prosesdə maraqlı görünür. İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizində hərbi təlim keçəcəyi xəbərinin yayılması da bunu sübut edir. İran bu yolla Azərbaycana əzələ nümayiş etdirir.

Xəyal Bəşirov: “Bu gün hərbi gücü olan ölkə, heç də güclü ölkə olmaq deyil. Müharibə aparmaq istəyən dövlətin iqtisadiyyatı da güclü olmalıdır”.

Düşünürəm ki, İran Fars körfəzində hərbi parad keçirirsə, Tehran Qərb ölkələrinə, o cümlədən də həmin ərazilərdə olan dövlətlərə özünün hərbi gücünü göstərməyə çalışır. Eyni zamanda İran Xəzər dənizində hərbi parad keçirməklə öz gücünü İsrailə, ya da Rusiyaya deyil, Azərbaycana və digər Xəzəryanı ölkələrə göstərməyə çalışır. Amma unutmayaq ki, bu gün hərbi gücü olan ölkə, heç də güclü ölkə olmaq deyil. Müharibə aparmaq istəyən dövlətin iqtisadiyyatı da güclü olmalıdır.

İranın Xəzər dənizində hərbi parad keçirməklə Azərbaycana və başqa ölkələrə əzələ nümayiş etdirməsi tamamilə yalnış üsuldur. İran qarşıdurmada olduğu ABŞ və İsraillə, həmçinin başqa ölkələrlə eyni coğrafiyanı bölüşmür və sərhədə malik deyil. Amma Tehran istəsə də istəməsə də, Azərbaycanla eyni coğrafiyanı bölüşür. Buna görə də İran atdığı addımlara fikir verməlidir. Əgər İran tərəfi Azərbaycanla münasibətlərin normallaşması istiqamətində addımlar atacaqsa, Azərbaycan da buna adekvat cavab verəcək. Amma bu günə qədər biz İranın nəinki belə addım atdığını, əksinə regionda gərginliyin artmasında maraqlı olan bəzi qüvvələrin məqsədlərinə çatmasına imkan verdiyinin şahidi oluruq. Hər bir halda olanlar nə regiona, nə də İranın özünə yaxşı heç nə vəd etmir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Ən çox oxunanalar