Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yusif Eyvazov: “Əminəm ki, birlikdə teatrımızı tamamilə yeni beynəlxalq səviyyəyə çıxaracağıq”

Aprelin 7-də Azərbaycanın Xalq artisti Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor təyin edilib...

Azərbaycanın Xalq artisti, dünyaca məşhur opera müğənnisi Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor təyin olunması ilə bağlı öz “Instagram” səhifəsində paylaşım edib.

“Əziz dostlar, çoxunuza məlum olduğu kimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına rəhbərlik mənə həvalə olunub.

Belə yüksək etimada görə dərin minnətdarlığımı bildirirəm. Mən tam əminəm ki, biz hamımız birlikdə ölkəmizdə opera və balet sahəsini inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik.

Mənə dəstək olan və mənə inanan hər kəsə təşəkkür edirəm.

Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizdə mədəniyyətin inkişafına daim böyük diqqət yetirir, mədəniyyət xadimlərinə dəstək verir, həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda həyata keçirilən çox sanballı layihələrə dəstək olurlar.
Əminəm ki, biz birlikdə teatrımızı tamamilə yeni beynəlxalq səviyyəyə çıxaracağıq”, - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktoru qeyd edib.

Xatırladaq ki, aprelin 7-də Azərbaycanın Xalq artisti Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor təyin edilib.

Müvafiq əmri mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli imzalayıb.

Poliqon.info


Etiket: Yusif Eyvazov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar