Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramazanda tox saxlayan qidalar

Ramazan günlərində imsakda və iftarda mütləq lifli qidalar qəbul etmək lazımdır. Qatığın və ayranın tərkibindəki faydalı bakteriyalar, eyni zamanda ərik, xurma kimi meyvələr mədə-bağırsaq sisteminin nizamlı işləməsinə kömək olacaq. Menyuda çiy tərəvəzlərə də yer ayırmaq lazımdır.

Poliqon.info AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov gün boyu tox tutan, uzun müddət acdırmayan əsas qidalar haqqında deyib: "Həmin qidaların içərisində yumurta xüsusi əhəmiyyət daşıyır və ən keyfiyyətli zülal qaynağı hesab olunur. İmsak üçün qaynadılmış yumurta, ya da qayğanaq uyğun seçim ola bilər. Yulaf əzməsinin lif dəyəri çox yüksəkdir və orqanizmin həzm etməsi üçün çox vaxt lazımdır. Onun qəbulu qan şəkərini nizamlayır və immuniteti gücləndirir. Quru lobya, noxud, mərcimək kimi paxlalılar yüksək miqdarda lif qaynağıdır, həm də bitki mənşəli zülalla zəngin olduğu üçün aclıq hissini yubadır. Badam, qoz kimi meyvələr sağlam yağ və vitamin mənbəyidir. İmsakda az miqdarda badam, fındıq və qoz yemək uzun müddət tox qalmağa kömək edir".

Yaşıl tərəvəzlər və göyərtilərin tərkibində çoxlu miqdarda su var və ona görə də çox kalori vermədən asan doydurur. Bundan başqa liflə zəngin olduğu üçün uzun müddət həzm edilir və tox tutur. Xüsusilə imsakda qabıqları ilə yeyilən alma da tox qalmağa kömək edir.

"Zülal qaynağı olmağı ilə yanaşı çox yaxşı kalsium və D vitamini anbarı olan süd, qatıq və kefir uzun müddət tox tutan qidalardandır. Səhərlər bir stəkan süd içmək, yaxud bir kasa qatıq yemək də faydalıdır. Pendir, süzmə kimi məhsullar da mədədə gec həzm olur və bu da öz növbəsində toxluq müddətini uzadır",- deyə həkim-fitoterapevt bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Neftçalada üzərində güllə izi olan kəllə skeleti tapıldı - Foto

Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Ən çox oxunanalar