Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mədəniyyət nazirinin milyonluq mülkləri - Bu da Vasif Talıbovun "zülmünə" məruz qalanlardan imiş - Fotolar

Mədəniyyət Nazirliyi Naxçıvan Muxtar Respublikasının ən çox qanun pozuntusu olan, korrupsiyalaşmış orqanlarından biridir. Son vaxtlar mediada və sosial şəbəkələrdə mədəniyyət naziri Natəvan Qədimovanın rüşvət alması, büdcədən mədəniyyət müəssisələri üçün ayrılmış vəsaitləri mənimsəməsi ilə bağlı məlumatlar yayılıb.

2021-ci ildə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində aparılan yoxlamalar nəticəsində nazirliyin bir nəfər işçisinin nazirin evində xidmətçi kimi işlədildiyi və əməkhaqqının da dövlət büdcəsindən ödənildiyi aşkarlanmışdı.

Bundan başqa, Natəvan Qədimovanın vəzifəsindən sui istifadə edərək qədim maddi-mədəniyyət nümunələrinin ölkədən çıxarılmasına razılıq verdiyi, rüşvət qarşılığında belə nümunələrin İrana satılması prosesində iştirak etdiyi ilə bağlı iddialar da var.

TNS-ə nazir Natəvan Qədimovanın milyonluq mülkləri ilə bağlı məlumatlar daxil olub.

Bildirilir ki, 2015-ci ildə nazir təyin olunan Natəvan Qədimova ötən dövr ərzində Naxçıvan şəhərində özünə bir neçə villa tikdirib, Bakı şəhərində lüks mənzil alıb.

Nazirin Naxçıvan şəhərində tikintisi davam etdirilən villası

Nazirin Naxçıvan şəhərində 2 mağazası da var imiş. Həmin mağazalardan biri Naxçıvan şəhərinin “İstiqlal” küçəsində, digəri isə “Babək” məhəlləsindədir.

Mənbənin məlumatına görə, Natəvan Qədimovanın övladları xaricdə təhsil alır. Nazirin qazancı o qədərdir ki, evində xidmətçilər saxlaya bilir. İndi sual olunur: Natəvan Qədimova 2 min manatdan bir az çox əməkhaqqı ilə bu sərvətə necə sahib olub? Sualın cavabı ayıdındır. Bu əmlaklar büdcədən oğurlanan, Naxçıvanın mədəniyyət işçilərinin boğazından kəsilən vəsaitlər hesabına alınıb.

"İstaqlal" küçəsində mağaza

Bütün bu fantastik imkanlara sahib olan mədəniyyət naziri bu gün iddia edir ki, o da Vasif Talıbovun zülmünə məruz qalan insanlardan biridir. Mənbəmiz deyir ki, kaş Naxçıvanda hər kəs Natəvan Qədimova kimi Vasif Talıbovun “zülmünə” məruz qalardı.

Poliqon.info

 

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar