Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Azərbaycanın Təbrizdəki Baş Konsulluğunu da terror edə bilər... - İddia

SEPAH-ın dəstəyi ilə yaranan “Hüseyniyyun” terror qruplaşmasının üzvləri “bayraqlarını” konsulluğumuzun qarşısına səriblər...

Politoloq: “Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında törədilən təxribat xəbərdarlıq mahiyyəti daşıyır”.

“Təbrizdəki Baş Konsulluğun bağlanması həm İrandakı vətəndaşlarımızı, həm də 40 milyondan artıq soydaşımızın taleyinin rejimin insafına buraxmaq demək olardı”.

Bu sözləri politoloq Turan Rzayev Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında atılan təxribat xarakterli addımı Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında təxribat xarakterli addım atılıb. Belə ki, SEPAH-ın dəstəyi ilə yaranan “Hüseyniyyun” terror qruplaşmasının üzvləri “bayraqlarını” konsulluğumuzun qarşısına səriblər. Qruplaşma bəyan edib ki, “əgər Azərbaycan konsulluğu MOSSAD-ın nümayəndəliyi olacaqsa, Azərbaycan hüseynçiləri buna imkan verməyəcək”.

Bəs nə baş verir?

İranın Azərbaycan “dərdi”ni Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “MOSSAD nümayəndəliyi” ittihamı konsulluğumuza silahlı hücumun ola biləcəyini göstərir”.

Qruplaşmanın bəyanatındakı “MOSSAD nümayəndəliyi” ittihamı və “Azərbaycan hüseynçiləri” nüansı diqqət çəkdiyini vurğulayan politoloq bildirib ki, Tehran rejimi faktiki olaraq zəhərli ideologiyası ilə beyni yuyulmuş etnik azərbaycanlılar vasitəsilə təxribat hazırlayır:

“Onsuz da, gərgin olan İran-Azərbaycan münasibətləri 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra kritik həddə çatdı. Rəsmi Bakı haqlı olaraq hadisənin baş verməsində İran hakimiyyətini günahlandırdı və Tehrandakı diplomatik missiyasını dayandırmaq qərarına gəldi. Səfirliyin əməkdaşları ailə üzvləri ilə birlikdə yanvarın 29-da Bakıya gətirildi.

Bununla belə, Bakı Təbrizdəki Baş Konsulluğun fəaliyyətini dayandırmadı. Belə ki, Azərbaycan Tehrandakı diplomatik missiyasını dayandıraraq terakt ilə bağlı İrana etirazını bildirdi.

Təbrizdəki Baş Konsulluğun bağlanması isə həm İrandakı vətəndaşlarımızı, həm də 40 milyondan artıq soydaşımızın taleyinin rejimin insafına buraxmaq demək olardı. Buna görə də rəsmi Bakı Tehrandakı səfirliyimizdə törədilən terakta baxmayaraq, Təbrizdəki Baş Konsulluğun fəaliyyətini dayandırmadı.

Turan Rzayev: “Nəzərə alsaq ki, İran hakimiyyəti beynəlxalq hüququ açıq şəkildə tanımır və artıq bir dəfə səfirliyimizə silahlı hücum təşkil edib, o zaman konsulluğumuza da bənzər hücumun gerçəkləşməsini ehtimal etmək olar”.

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında törədilən təxribat xəbərdarlıq mahiyyəti daşıyır. Mümkündür ki, bu təxribatı Tehrandakı səfirliyimizdə olduğu kimi silahlı hücum izləsin. Bunu “Hüseyniyyun” qruplaşmasının bəyanatı da təsdiq edir. Qruplaşma bəyan edib ki, “əgər Azərbaycan konsulluğu MOSSAD-ın nümayəndəliyi olacaqsa, Azərbaycan hüseynçiləri buna imkan verməyəcək”.

Qruplaşmanın bəyanatındakı “MOSSAD nümayəndəliyi” ittihamı və “Azərbaycan hüseynçiləri” nüansı diqqət çəkir. Tehran rejimi faktiki olaraq zəhərli ideologiyası ilə beyni yuyulmuş etnik azərbaycanlılar vasitəsilə təxribat hazırlayır. Qruplaşmanın bəyanatındakı “Azərbaycan hüseynçiləri” nüansı buna dəlalət edir.

“MOSSAD nümayəndəliyi” ittihamı isə konsulluğumuza silahlı hücumun ola biləcəyini göstərir. Nəzərə alsaq ki, İran hakimiyyəti beynəlxalq hüququ açıq şəkildə tanımır və artıq bir dəfə səfirliyimizə silahlı hücum təşkil edib, o zaman konsulluğumuza da bənzər hücumun gerçəkləşməsini ehtimal etmək olar”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi

AVRO-2024: Niderland - Avstriya oyununda beşinci qol vurulub - Yenilənib

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü keçirilib - Video, Yenilənib

Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi həyata keçirilib

İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - Yenilənib

Zakir Həsənov: Azərbaycan Ordusu Böyük Qayıdışa layiqli töhfələr verir

ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür    

Güc strukturları Mahaçqala sakinlərindən küçələrə çıxmamağı xahiş edib    

Ən çox oxunanalar