Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Ermənistanı müdafiə etmək üçün Azərbaycanla sərhəddə qoşun yığır.. - Regionda çoxtərəfli müharibə ola bilər?..

İran getdikcə Azərbaycanla sərhədə daha çox ordu toplayır və Ermənistanı müdafiə etmək üçün Cənubi Qafqaz işlərinə daha çox müdaxilə edir...

Hərbi-ekspert: “İranın bəzi hərəkətləri başa düşülən deyil. Prinsip etibarilə əgər İran müharibə istəyirsə, cavabını alacaq”.

“Artıq Ermənistanla İran qardaşlaşıblar. Burada da təəccüblü heç nə yoxdur. Çünki İran Ermənistanın yanında olduğunu heç vaxt gizlətməyib”.

Bu sözləri hərbi-ekspert Üzeyir Cəfərov İranın Azərbaycana qarşı atdığı son addımları Poliqon-a şərh edərkən qeyd edib.

İran getdikcə Azərbaycanla sərhədə daha çox ordu toplayır və Ermənistanı müdafiə etmək üçün Cənubi Qafqaz işlərinə daha çox müdaxilə edir. İranın Azərbaycan Ermənistan münaqişəsinə bu qədər daxil olması nədən xəbər verir regionda daha qlobal və çoxtərəfli müharibənin baş verməsi ehtimalı nə qədər böyükdür?

İranın Azərbaycana qarşı artan qərəzini və anlaşılmayan hiddətini Poliqon-un əməkdaşı hərbi-ekspert Üzeyir Cəfərov ilə müzakirə edib.

Üzeyir Cəfərov: “Düşünmürəm ki, İran Azərbaycana qarşı hər hansısa bir güc tətbiq etmək kimi ağılsız qərar versin”.

Azərbaycan ordusunun, silahlı qüvvələrinin öz döyüş hazırlıqlarını yüksək səviyyədə tutmalı olduğunu bildirən ekspert Poliqon-a açıqlamasında əlavə edib ki, hər hansı bir təhlükə olacağı təqdirdə Azərbaycan ordusu onlara cavab verməyə hazır olacaq:

İranın bəzi hərəkətləri başa düşülən deyil. Prinsip etibarilə əgər İran müharibə istəyirsə, cavabını alacaq. Heç kimi İranın müharibə hədələrindən çəkinib qorxan deyil. Sadəcə olaraq, Tehran bir balaca öz ritorikasını düzəltməlidir, öz davranışlarına fikir verməlidir.

Bildiyimiz kimi İranla bağlı bəzi dövlətlərin çox ciddi planları var. O planlarda Azərbaycan yoxdur. Yəni, Azərbaycan İrana qarşı hər hansı bir hərəkət etməz, yaxud da öz ərazisini İrana qarşı istifadə üçün verməz. İranı ən çox narahat edən odur ki, guya Azərbaycan ərazisindən ona qarşı istifadə edəcəklər.

Artıq Ermənistanla İran qardaşlaşıblar. Burada da təəccüblü heç nə yoxdur. Çünki İran Ermənistanın yanında olduğunu heç vaxt gizlətməyib. İran həmişə Ermənistanın yanında olub, bundan sonra da olacaq. Buna görə də düşünürəm ki, biz öz üzərimizə düşən işləri görməliyik. Bu işdə ondan ibarətdir ki, Azərbaycan ordusu, silahlı qüvvələri öz döyüş hazırlıqlarını yüksək səviyyədə tutmalıdırlar. Hər hansı bir təhlükə olacağı təqdirdə Azərbaycan ordusu onlara cavab verməyə hazır olmalıdır. Azərbaycan ordusu onsuz da vəziyyətə nəzarət edir. Həm Dövlət Sərhəd Xidməti, həm də Azərbaycan Müdafiə Nazirliyi lazım olanları edir.

Üzeyir Cəfərov: “Əgər belə bir cəhd olarsa, İran çox amansız şəkildə bəzi dövlətlər tərəfindən cəzalandırılacaq. Bu gün İranı cəzalandırmaq üçün xeyrli ölkələr var ki, onlar sadəcə məqam gözləyirlər”.

Qeyd edim ki, İranın sərhəddə texnika yığması, öz ərazilərində müxtəlif hərəkətləri həyata keçirmələri birinci dəfə deyil. Mənə elə gəlir ki, bu sonuncu dəfə də deyil. Amma düşünmürəm ki, İran Azərbaycana qarşı hər hansısa bir güc tətbiq etmək kimi ağılsız qərar versin. Əgər belə bir cəhd olarsa, İran çox amansız şəkildə bəzi dövlətlər tərəfindən cəzalandırılacaq. Bu gün İranı cəzalandırmaq üçün xeyrli ölkələr var ki, onlar sadəcə məqam gözləyirlər. Burada ABŞ, İsrail və digər ölkələr də var. Buna görə də İran diqqətli olmalıdır.

İranın bu hərəkətləri regionda vəziyyəti bir qədər də gərginləşdirir. Biz hamımız bunu görürük. Amma İranın bəzi rəsmiləri ağıllarına nə gəlir onu da danışırlar. Bu yaxınlarda İranın Quru Qoşunlarının Komandanı dedi ki, guya ikinci Qarabağ müharibəsində Azərbaycan ordusu yox kənardan gətirilmiş qüvvələr döyülüblər. Mən bunu Azərbaycan əsgərlərinə, şəhidlərinə olan hörmətsizlik kimi dəyərləndirirəm.

İran bu fikri dəfələrlə təkrar edib. İranın Azərbaycanda səfirliyi, hərbi atəşkəsi də var. Onlar müharibədə Azərbaycan ordusunun deyil sionistlərin döyüşdüyü faktını ortaya qoysunlar. Belə fakt yoxdur,heç ola da bilməz. Amma təəsüflər olsun ki, İran hələ də Azərbaycana qarşı öz ağılsız hərəkətlərini davam etdirir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar