Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda siyasi məhbusları kimyəvi maddə ilə zəhərləyirlər...

İran beynəlxalq təzyiqlərdən çəkinərək gizli edam forması tətbiq edir...

İranda sosial şəbəkədəki paylaşımlarına görə, 45 gün işgəncəyə məruz qalan və öldürülmək qorxusundan ölkəsini tərk etmək məcburiyyətində qaldığını bildirən İranın tanınmış mühəndislərindən olan Zahir Əlizadə İranda edam üsulunun dəyişdirildiyinə diqqət çəkib.

Əlizadə deyib ki, indi İranda siyasi məhbusları kimyəvi maddə ilə zəhərləyirlər:

“Dünya ictimai rəyinin reaksiyaları nəticəsində İranda ölüm cəzası azalıb. Lakin onlar yeni üsulla edamları alüminium fosfat vasitəsi ilə həyata keçirirlər. İndi siyasi məhbusları bu kimyəvi maddə ilə zəhərləyirlər, insanlar maksimum 2 ay yaşaya bilirlər", deyə Zahir Əlizadə bildirib.

Hazırda Türkiyədə yaşayan və həyati təhlükəsizliyinə görə yerinin açıqlanmasını istəməyən Əlizadə İranda qeyri-insani işgəncələrin də artığını qeyd edib.

İşgəncə zamanı zorlama və dilə gətirilməz üsullardan istifadə edildiyini ifadə edən A.Əlizadə mətbuata təzyiq edildiyini, İranın bu qeyri-insani əməllərini tənqid edən əleyhdarların ağır cəzalara, hətta üstü açılmayan qətllərə məruz qaldığını da vurğulayıb.

İranda işgəncənin həddi-hüdudu olmadığını dilə gətirən A.Əlizadə fiziki işgəncələr nəticə verməyəndə psixoloji işgəncələrə əl atıldığını deyib:

“Qadın, cavan və qoca birlikdə 4 metrlik kameraya salır, onlara ən ağır fiziki işgəncələr verirlər. Bu işgəncələrə boyun əyməyəndə psixoloji işgəncələr başlayır: qadınları kişilərin, kişilərin isə qadınların qarşısında lüt soyundururlar. Təcavüz və dilə gətirilməz ifadələrlə hədələyirlər” deyə Əlizadə açıqlamasında bildirib.

“Yəni onlarda nə islam, nə də insanlıq adına bir şey yoxdur. Onların yeganə problemi o idi ki, kimsə çıxıb desin ki, “İranda gərginlik yaratmaq üçün xarici güclərdən pul almışam”. Bunu deyən biri sonradan ifadəsindən imtina etdikdə yenidən ən ağır işgəncələrə məruz qalır”.

Alüminium fosfatdan ölüm

İran hökumətinin beynəlxalq reaksiyalardan sonra edamları azaltdığını bildirən Əlizadə bunun əvəzində erkən azadlığa çıxma və bu erkən azadlığa buraxılma ilə yeni ölüm forması hazırladıqlarını diqqətə çatdırıb:
“Alüminium fosfat nədir, bilirsinizmi? Düyü taxılına bənzəyir. İran onu yeni ölüm alətinə çevirib. Xüsusilə də siyasi məhbuslara. Girov müqabilində və ya başqa tələblə həbsxanadan müvəqqəti çıxarılan insanlara tətbiq edilir. Təbii ki, bu zaman yeməklərinə və ya içkilərinə alüminium fosfat qatırlar. Bu günə kimi həbsdən çıxandan sonra 18 nəfər dünyasını dəyişib. Zəhərlənmiş insanlar maksimum iki ay yaşaya bilərlər. Cəmi 10 gün əvvəl yeni həbsxanadan çıxan daha bir nəfər dünyasını dəyişib”, deyə keçmiş məhbus bildirib.

Tərcümə Poliqon-a aiddir

Poliqin.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Ən çox oxunanalar