Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da iki tüfənglə silahlanan qız məktəbdə şagirdləri güllələyib

Bazar ertəsi Tennessi ştatının Neşville şəhərindəki bir kilsə məktəbində atışma baş verib. Yerli medianın məlumatına görə, azı 6 nəfər həlak olub...

Poliqon xəbər verir ki, məktəbin 3 şagirdi və 3 yetkin əməkdaşı aldıqları güllə yaralarından dünyasını dəyişib. Eyni zamanda, Xilasetmə Xidmətinin nümayəndələri jurnalistlərə bildiriblər ki, hazırda həkimlər “çoxsaylı yaralılarla” işləyirlər.

Polisin dediyinə görə, atəş açan şəxs məktəb binasına yan girişdən daxil olub, birinci mərtəbə ətrafa atəş açmağa başlayıb, sonra atəşi dayandırmadan yuxarı qalxıb. Polis hadisə yerinə çatdıqdan sonra ikinci mərtəbədə atəş açan şəxsi güllələyib.

Bir müddət sonra yerli polis bölməsinin rəsmi nümayəndəsi atəş açan şəxsin iki tüfəng və tapança ilə silahlanmış qız olduğunu bildirib.

Hazırda atıcının kimliyi ilə bağlı məlumatlar müxtəlifdir: bəzi məlumatlara görə, atıcı yeniyetmə, digərlərinə görə isə 28 yaşında Neşvilin gənc sakini olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Azərbaycanlı aparıcının bağ evini soydular - Video

Ən çox oxunanalar