Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arıqlamaq məqsədilə oruc tutmaq olarmı?

Arıqlamaq məqsədilə oruc tutmaq olarmı? Millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bu sualla bağlı öz fikirlərini bölüşüb. Millət vəkili bildirib ki, oruc sırf Allaha ibadət məqsədilə edilən ibadətlərdən biridir: 

"Oruc tutan insanın əsas niyyəti Allaha ibadət olmalıdır. Arıqlamaq oruc tutarkən əsas yox, ikinci dərəcəli məqsədlərdən biri ola bilər". 

Ceyhun Məmmədov həmçinin qeyd edib ki, oruc ibadəti yalnız ac qalmaqla yerinə yetirilməməlidir: 

"Oruc sözü ərəb dilində tutmaq mənasını ifadə edir. Oruclu insan günah əməllərdən də özünü tutmalıdır.  İnsanların haqqına girməkdən, qeybətdən, dedi-qodudan, insanları ələ salmaqdan və digər müsəlmana yaraşmayan əməllərdən uzaq olmalıdır. 

Oruc tutan insan hətta beynini belə pis fikirlərdən təmiz saxlamalıdır. Əgər oruc tutan insan günah əməllərə davam edirsə, insanları incidirsə, onların haqqına girirsə və digər günah əməllərə yol verirsə bu orucun ona heç bir faydası yoxdur. Çalışaq ruhən və cismən oruc tutaq. Allah bütün dua və ibadətləri qəbul etsin!" 

(Xalidə Gəray)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Ən çox oxunanalar