Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlunun hərəkatı parçalandı

Səxavət Əlisoy və Rüfət Əliyevdən sonra Adil Qeybulla da istefa verdi – “O, heç vaxt Azərbaycana qayıtmayacaq”...

“Adil Qeybullanın gətirdiyi arqumentləri dörd-beş ay əvvəl istefa verəndə demişdim. Məndən bir ay əvvəl istefa verən ADR İdarə Heyətinin üzvü Rüfət Əliyev də eyni arqumentləri qoymuşdu. 90% üst-üstə düşən arqumentlərdir. Bir - Qubad İbadoğlu Hərəkatın sədridir, iki - Məclisin sədridir, üç - birinci müavin postunu ləğv edib, dörd - partiya onlayn idarə olunur... Bu, hər şeyin bir əldə yığılmasıdır. Bunu SSRİ tanınmamışdan əvvəl Brejnev etmişdi. O, həm Sovet İttifaqı Kommunist Partiyasının baş katibi idi, sonra da SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri. Bütün orqanların bir əldə cəmləşməsinin adı “demokratiya” deyil. Araşdırın, Azərbaycanda hansı siyasi partiya bu üsulla idarə olunur? Belə bir şey varmı? Bu idarəetmənin adı nədir? ADR-in abreviaturasını açanda orada “demokratiya” sözü də var. Bəs bu idarəetmə demokratiya ilə uzlaşırmı? Təəssüf ki, bütün partiya sədrlərinin yanında olan xüsusi dəstə var, biri də Qubad İbadoğlunun dəstəsidir...”

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin sabiq müavini Səxavət Əlisoy deyib.

O bildirib ki, istefa demokratiyanın ünsürlərindən biridir: “Kimsə partiyadan istefa verəndə, onu dərhal “hökumət adamı” adlandırırlar. Azərbaycanda bu, ənənəvi haldır. Adil Qeybulla kifayət qədər ictimai reytinqi olan, cəmiyyətin tanıdığı bir adamdır, ictimai fiqurdur. Adil Qeybulla hökumətin adamıdırsa, onda həyatı boyu Amerikadan, İngiltərədən qrant alan Qubad İbadoğlu haranın adamıdır? “Məntiq” deyilən bir şey var. Biz həkimik, hadisələrə kompleks yanaşırıq. Tutaq k, Adil Qeybulla hökumətin adamıdır. Öz hökumətinə işləyən adam xalq düşməni, amma ingilisin pulunu alıb, ona işləyən adam “milli qəhrəman” olur? ”Hökumətin adamı” söhbəti artıq arxaikləşib, insanlarda ikrah hissi yaradır. Partiyaların əksəriyyətində bir dəstə funksioner var, heç yerdə işləmirlər. Tanıdıqlarım var, Elçibəy hakimiyyətindən sonra 30 ildir bir yerdə işləmirlər, “parazit” kimi onun-bunun hesabına dolanırlar. İşlərinin tək adı budur: səhər açılandan gecəyədək “Facebook”da oturmaq. Bu, nə demokratiyadır, nə də insanlıq... Axtarsan, bir yerə yığsan, ADR Hərəkatının 500 nəfər üzvü yoxdur. Hökumət üçün ADR-in hansı təhlükəsi var ki, Hərəkatı dağıtmağa maraqlı olsun? Hərəkatın təsisçilərindən biri də mən olmuşam. Biz belə danışmamışdıq. Tamamilə demokratik idarə üsulu qoymaq haqqında söhbətlər getmişdi. Təəssüf ki, Qubad İbadoğlu belə etdi. Onlayn idarə edə-edə partiyanı kiçik müəssisəyə çevirmək fikrindədir. ADR-i rahat “ölməyə” qoymurlar. Mənim gözümdə ADR Hərəkatı ölmüş bir şeydir. Onun üçün “reanimasiya” tədbirləri görmək mənasızdır. Diqqət edin, sosial şəbəkələrdə kimlər Qubad İbadoğlunu kortəbii şəkildə müdafiə edib, Adil Qeybullaya hücum çəkir... Bu, utancvericidir, adamın səviyəsi olar. Tək arqumentləri “hökumət adamı”dır. Bundan başqa bir şey bilmirlər. Adında “demokratiya” olan bir qurumun ayıbına kor olmaq əvəzinə, səs-küy salmağa dəyməz”.

S.Əlisoy ADR-in parçalanması, buna səbəb kimi vəsaitin düzgün bölüşdürülməməsi olduğu barədə iddialara isə belə cavab verib: “Bu barədə cəmi bir məlumatım var. Dərinə getmək istəmirəm. ADR-in qeydə alınması ilə bağlı 6 min manat pul ayrılıb. Təsisçilərin hamısı buna imza çəkməyib. Təkcə altı nəfər çəkib, onların imzası ilə məhkəməyə verilib. Altı nəfərdən biri Məlahət Mürşüdlü vəfat edib. Hakimiyyət tərəfindən min manat verilməyib, beş min manat qayıdıb (Məhkəməni nəzərdə tutur-red). Bu pul Hərəkat üçün ayrılıb. Avtomatik olaraq 1500 manatını – pul vahidində səhv edə bilərəm – Qubad İbadoğlu öz hesabına köçürüb ki, toxunmaq olmaz, mənimdir. Təkcə ADR-də yox, artıq Azərbaycanda mentalitetimiz elə bir patologiyaya məruz qalıb ki, evlərdən başlamış idarə, müəssisələr qədər davaların bir səbəbi var – pul. Partiyadakı məsələlərin üstü açıldıqca bütün cəmiyyət iyrənclik görəcək. Mən Qubad İbadoğlunun sədr olmasının əleyhinə idim. Səs çoxluğu ilə seçildi. Qubad İbadoğluna on nəfərdən ibarət məclisdə dedim ki, səndən lider olmaz, səndə lider keyfiyyətləri yoxdur. Məni müavin təyin edəndə ertəsi gün ona dedim ki, mənə müavinlik lazım deyil, Məclisdə olmaq istəmirəm, imtina edirəm. Məndən xahiş etdi ki, media bunu bilməsin. Mən də ətrafdakı dostları, xarakterimi nəzərə alaraq, məsələni açmadım. Amma Adil Qeybulla daxil, hər biri izah edir ki, Qubad İbadoğlunu heç vaxt lider kimi görməmişəm, bu gün də görmürəm. Qubad İbadoğlu heç vaxt Azərbaycana qayıtmayacaq. Çünki uşaqlarını da aparıb orda oxudur. Oğlu, qızı fəal şəkildə qrant da alır. O, gəlib Azərbaycanda nə edə bilər ki? Qubad İbadoğlu İmam Xomeynidirmi ki xalq onun yolunu gözləyə? Ya Mahatma Qandidir? ADR-in rayon təşkilatları üç-beş nəfərdən ibarətdir. Mərkəzdə - “Facebook”da olan on beş-iyirmi nəfər adam var. Qubad İbadoğlunun Azərbaycana qayıdıb-qayıtmaması nəinki mənim üçün, heç kim üçün maraqlı deyil. Özünə hörmət qoyan insanların hamısı bir-bir Hərəkatdan çəkiləcək. Bizim zehniyyətimizdə belə qəbul edirlər ki, hansısa partiyanın üzvü olmaq həmin partiyanın sədri ilə siyasi izdivaca girmək, istefa vermək isə sədrdən ayrılmaq deməkdir. Bu, mental patologiyadır. ADR tarixin arxivinə gedəcək, unudulacaq. Beş-altı nəfər populist adam qalacaq – şəkil çəkdirənlər, “Facebook”da gecə-gündüz paylaşım edənlər...”

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar