Çeçenistanın rəhbəri Ramzan Kadırov rusları səfərbərlikdən qorxmamağa çağırıb. O qeyd edib ki, silah tutmağı bilməyənlər təchizat dəstəyi ilə məşğul ola bilər…
Poliqon.info xəbər verir ki, bunu Çeçenistan lideri özünün Telegram kanalından ruslara müraciətində deyib.
“Səfərbərlikdən qorxmayın. Silah tutmağı bilmirsinizsə, təchizat dəstəyi ilə məşğul ola bilrsiniz. Təchizatda olanlar da döyüşçüdürlər. Onların da orduda öz yerləri və hörmətləri var”, deyə Çeçnistan rəhbəri yazıb.
Kadırov həmçinin ruslara “Rusiya ordusunu biabırçı vəziyyətə salmaq istəyən heç bir qərbyönlü mediaya qulaq asmamağı” tövsiyə edib.
“Əgər Rusiya ordusu sıralarında olanların hamısı belə dəhşətlidirsə, onda niyə bütün NATO bloku bizə qalib gələ bilmir? Hər şey qaydasındadır, narahat olmayın. Səhvlər nəzərə alınıb, taktika işləyir, ölkə inkişaf edir”, deyə Kadırov vurğulayıb.
Çeçnistan lideri həmçinin müharibə zonasında olan və müxtəlif problemlərlə bağlı videolar çəkən hərbçilərə müraciət edib. Kadırovun fikrincə, “daxili məsələlər” sosial şəbəkələrə səpələnməməlidir.
Poliqon.info