Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb...

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bu barədə Poliqon.info FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Xəzər rayonu 181 saylı tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən “Səhliyalı” müəssiəsində, Cənub Regional Mərkəzi tərəfindən Astara şəhər Z.Bünyadov adına 2 nömrəli tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayonu Savalan kənd ümumi orta və Kürd kənd tam orta məktəblərində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonu Ləcət kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi rayonu Şənlik kənd tam orta məktəbində və Aran Regional Mərkəzi tərəfindən Naftalan şəhər Telekommunikasiya Qovşağının kollektivi üçün maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar