Müstəqilliyin ilk illərində ölkədə 120 min hektara qədər suvarılan torpaq şorlaşmışdırsa, indi bu cür ərazilərin sahəsi 40 min hektara düşüb...
Poliqon.info xəbər verir ki, bunu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət” mövzusunda təşkil olunan brifinqdə deyib.
"Qrunt sularında düzluluğun səviyyəsi 2000-ci illərin əvvəlinə kimi dənizdə olan səviyyəyə, yəni 15 qrama kimi artmışdı. Lakin görülən tədbirlər nəticəsində indi qrunt sularında düzluluğun səviyyəsi kollektor-drenaj şəbəkəsində 5-7 qrama, magistral kollektorlarda isə 5 qrama kimi azaldılıb ",- deyə o bildirib.
Poliqon.info