Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət başçısı İlham Əliyev Timor-Leste Prezidenti ilə görüşüb - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb.

Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

- Sizi bir daha salamlayıram. Səfərə gəldiyiniz üçün təşəkkür edirəm. Bu, həqiqətən də tarixdə ilk dəfədir ki, Timor-Lestenin Prezidenti Azərbaycana səfər edir. Əminəm ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin, səmərəli əməkdaşlığın və tərəfdaşlığımızın uğurlu davamını təmin edəcək mühüm addımdır. Bununla yanaşı, Qoşulmama Hərəkatının bu yaxınlarda keçirilmiş Zirvə toplantısında ölkənizin yüksək səviyyədə təmsil olunması ilə bağlı minnətdarlığımı bildirmək istəyirəm. Bu toplantı olduqca uğurlu idi və üzv dövlətlər arasında həmrəyliyi bir daha nümayiş etdirdi.

Azərbaycanın sədrliyinə və bizim üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi və onların maraqlarının müdafiəsinə yönəlmiş təşəbbüslərimizə verilən dəstəyə görə də minnətdarlıq bildirmək istərdim.

Ölkələrimiz bir-birindən uzaqda yerləşir, lakin hesab edirəm ki, bu, müxtəlif sahələrdə əməkdaşlığa mane olmamalıdır. Bir halda ki, siyasi müstəvidə əməkdaşlıq mövcuddur, biz digər sahələrdə imkanları nəzərdən keçirməliyik. Əlbəttə ki, Sizin Azərbaycana səfəriniz qarşılıqlı maraq doğuran geniş məsələlərin müzakirəsi üçün fürsət yaradır. Cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizə Azərbaycanda xoş vaxt keçirməyi arzu edirəm.

Timor-Leste Prezidenti Jose Ramos Horta deyib:

- Zati-aliləri, mənimlə Azərbaycanda, iştirak edəcəyim Forumla bağlı görüşdüyünüzə görə sağ olun. Mən əvvəllər bu Foruma dəvət edilmişdim, lakin müəyyən səbəblərdən səfərə gələ bilmədim. Bu dəfə isə həqiqətən də bu səfəri həyata keçirmək arzusundaydım. İstədim həm Forumda iştirak edim, həm də rəhbərliyinizlə tərəqqi və inkişafa nail olan və haqqında çox oxuduğum Azərbaycan ilə şəxsən tanış olum. Belə bir fürsətə görə təşəkkür edirəm.

Timor-Leste Demokratik Respublikasının Prezidenti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin yüksək qiymətləndirildiyini deyib, Hərəkatın Bakıda təşkil edilən son Zirvə görüşünün uğurla keçirildiyini vurğulayıb.

Prezident İlham Əliyev ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinə göstərdiyi dəstəyə görə Timor-Lestenin Prezidentinə minnətdarlığını bildirib.

Görüşdə qaz, sərmayələr, gübrə istehsalı, təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Jose Ramos Horta Azərbaycanın təhsil müəssisələrində ölkəsindən olan tələbələrə təqaüd ayrılması ilə bağlı imkanlara baxılması üçün dövlətimizin başçısından xahiş edib.

Azərbaycanın təhsil potensialı haqqında məlumat verən Prezident İlham Əliyev xarici tələbələr, o cümlədən Qoşulmama Hərəkatına üzv dövlətlərdən olan tələbələr üçün təhsil təqaüdlərinin ayrıldığını qeyd edərək bu məsələyə də baxılacağını bildirib.

***

Poliqon.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Poliqon.info


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Ən çox oxunanalar