Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda “xarici agentlər” haqqında iki layihə müzakirə olunur…

Gürcüstan parlamenti “xarici agentlər” haqqında sərt və yumşaq qanun layihələrini nəzərdən keçirəcək…

“Xarici təsir agentləri haqqında” hər iki qanun layihəsi Gürcüstan parlamentinin plenar iclasında müzakirəyə çıxarılacaq.

Poliqon.info xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze martın 6-da keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, bir sıra müxalifət partiyalarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin sərt müqavimətinə baxmayaraq, qanun layihələri parlamentin müvafiq komitələrində müzakirəyə qəbul edilib.

“Bu günlərdə bir neçə isti günlər keçirdik və görünür, bu, bütün həftə belə olacaq”, deyə Mdinaradze vurğulyıb.

Partiya funsioneri əlavə edib ki, bu təşəbbüsün əleyhdarlarının hansı spekulyativ bəyanatlar səsləndirdiyini görərək, “xarici agentlər haqqında qanun”un qəbul edilməsinin zəruriliyinə bir daha əmin olub.

“Əslində bu qanun layihəsi Amerika qanununun birbaşa tərcüməsidir, kopyalanmış versiyadır, ancaq bunu çoxları Rusiya qanunu adlandırır”,deyə Mdinaradze əlavə edib.

Onun fikrincə, qanunun qəbul edilməsində məqsəd “xarici təsir agentləri” adlandırılanları maliyyələşdirmə ilə bağlı hesabat verməyə məcbur etməkdir.

Xatırladaq ki, Gürcüstan parlamentinə “xarici agentlər”lə bağlı iki qanun layihəsi təqdim olunub. Birinci versiya daha yumşaqdır, ona görə yalnız gəlirlərinin 20%-dən çoxunu xaricdən alan QHT və ya media başqa ölkələrin agentləri kimi tanınır. Hesabat verməməyə görə cəza var.

Qanun layihəsinin əleyhdarları onu “rus qanunu” adlandırmağa başlayanda Gürcüstan parlamentinə Amerika qanununu təkrarlayan sərt versiya təqdim edildi. Bu layihədə fiziki şəxs və ya hər hansı təşkilat başqa ölkədən aldığı vəsaitin məbləğindən asılı olmayaraq “xarici agent” kimi də tanınır. Maliyyə hesabatı verilməməsi halında isə beş ilədək həbslə cəzalandırılır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Dəbdən düşən 3 dizayn növü – Mütəxəssislər açıqladı

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar