Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bu televiziyada kütləvi ixtisarlar başladı

“CBC Sport” kanalında işçilər kütləvi şəkildə ixtisar edilib...

Qafqazinfo” xəbər verir ki, bu barədə işdən çıxarılan əməkdaşlar məlumat veriblər. Qeyd edilib ki, ilkin olaraq kanalın əsas departamentlərindən biri olan “Program Production” ləğv edilib, 12 əməkdaş işsiz qalıb.

Əməkdaşlar qanunsuz formada vəzifədən azad edildiklərini iddia edirlər. Belə ki, əksər işçilərin xidməti müqaviləsinə vaxtından əvvəl, öz razılıqları olmadan, heç bir xəbərdarlıq edilmədən xitam verilib. Onlar işdən çıxarıldıqlarını yalnız bu gün ofisdə olanda biliblər.

Rəhbərlik işçilərlə görüşmədən, tələsik olaraq onlarla yollarını ayırıb. Əlavə edilib ki, bu, son deyil. Digər departamentlərdə də bənzər işdənçıxarılmaların olacağı anonsu verilib.

Məlumat üçün bildirək ki, son günlər “CBC Sport”un rəhbəri Volkan Üst və digər rəhbər şəxslərin kanaldan ayrılacağı ilə bağlı informasiya yayılmışdı. Bu xəbərdən sonra isə rəhbərlik tərəfindən sıravi əməkdaşların vəzifədən azad edilməyi xeyli suallar yaradıb.

Məsələ ilə bağlı Volkan Üstlə əlaqə saxladıq. O, kütləvi ixtisarlarla bağlı xəbəri təsdiq edib: “Strukturda bəzi dəyişikliklər etdik”.

Kanal rəhbəri digər iddialara şərh vermək istəməyib.

Xatırladaq ki, Volkan Üst “CBC Sport” kanalına 2016-cı ildən rəhbərlik edir.

Poliqon.info


Etiket: CBC sport


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb

Rusiyaya qarşı sanksiyalar dünyanın ən böyük uran mədənçisinə problemlər yaradıb

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Ən çox oxunanalar