Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Altı istiqamət üzrə avtobus marşrutları müsabiqəyə çıxarılır

​​​​​​​Şəhərlərarası marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir...

Ceyranbatan-Xocəsən metro stansiyası-Ceyranbatan, Masazır-Xocəsən metro stansiyası-Masazır, Bakı-Lənkəran-Bakı, Bakı-Qusar-Bakı, Bakı-Qusar (SDK)-Bakı, Bakı-Xudat-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində müsabiqədə iştirak etmək üçün iddiaçılar tələb olunan sənədləri martın 17-si saat 17:00-dək, ixtisas məlumatlarını isə aprelin 7-si saat 17:00-dək AYNA-ya (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5, əlaqələndirici şəxs: Ramil Musayev – tel.: 012-567-99-76, 055-512-34-97, e-poçt: [email protected]) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq.

İddiaçıların təklifləri komissiya tərəfindən Ceyranbatan-Xocəsən metro stansiyası-Ceyranbatan, Masazır-Xocəsən metro stansiyası-Masazır, Bakı-Lənkəran-Bakı, Bakı-Qusar-Bakı istiqamətlərində 5 Lot üzrə aprelin 14-də, Bakı-Qusar-Bakı istiqamətində hərəsində 5 Lot üzrə aprelin 18-i və 21-də, Bakı-Xudat-Bakı, Bakı-Qusar-BakıBakı-Qusar (SDK)-Bakı istiqamətlərində 5 Lot üzrə aprelin 25-də, Bakı-Xudat-Bakı istiqamətində 5 Lot üzrə aprelin 28-də müsabiqə keçirilən zaman açıqlanacaq. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

​​​​​​​Şəhərlərarası marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Ən çox oxunanalar