Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Polkovnik ərim silahı başıma dirədi, dedi ki, ona xəyanət etdiyimi söyləyim”

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin, mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ceyhun Hüseynovun həyat yoldaşına şiddət göstərdiyi iddia edilir. 

Onun arvadı mediaya müraciətində bildirib.

N.Hüseynova bildirib ki, yeddi ildir Ceyhunla ailə həyatı qurub:

“Bizim iki azyaşlı övladımız var. İl yarımdır ki, Ceyhun Hüseynov evə gəlmir, əxlaqsız qadınlarla yaşayır. Hər dəfə evə gələndə mənə işgəncə verir. Sonuncu dəfə bu ilin fevralın 21-də axşam saatlarında evə gəlib, uşaqlarını dostu Mübarizlə apardılar.

Daha sonra geri qayıtdı, dövlətin ona verdiyi silahı zorla mənim başıma dirədi və “sənə xəyanət etmişəm” sözlərini deməyimi bildirdi. Həmin görüntüləri dostu Mübariz çəkdi. Həmin gecə saatlarla mənə fiziki zorakılıq göstərdi. Uşaqları yenidən evə gətirdi və özü getdi”.

O deyir ki, fevralın 22-də Ceyhun evə gəlib və uşaqları ondan alıb:

“Daha sonra məni zorla çöllük bir yerə aparıb, dəmir parçası ilə vurdu. Yenə də mənə ona “xəyanət etmişəm” sözünü dedirtdi. Şok vəziyyətində idim, məni evə gətirərək əl-ayağımı bağladı. Sonra ona yalvardım, əl-ayağımı açdı.

Mənə bildirdi ki, evə gəlib, məni yenə döyəcək. Həmin vaxt üstümə bıçaq çəkdi. Səhəri gün pəncərədən yaşadığımız evin həyətinə və oradan da qonşuların həyətinə tullandım. Onlardan biri mənim həyətindən keçməyimə icazə verdi. Mən taksiyə minib, Abşeron Rayon Polis İdarəsinə getdim”.

N.Hüseynova uşaqlarından xəbər ala bilmədiyini deyib:

“Övladlarım tanımadığım qadınların yanındadır. Mənim həyatım da təhlükədədir. Ceyhun məni hədələyir ki, dövlətin ona verdiyi silahla məni öldürəcək”.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, artıq məsələ barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırma başlanılıb. 

Poliqon.info 


Etiket: Hədələmək


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyə “Zəngəzur dəhlizi”nə görə Azərbaycandan inciyib?

Mehriban xanım Əliyeva - milli-mənəvi dəyərlərimizin yorulmaz təbliğatçısı    

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Politoloq: Türkiyə İsrailə təzyiqlərini artırmaq üçün Qətərdə hərbi varlığını gücləndirir...

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Azərbaycan Mərkəzi Bankının Baş direktoru işdən çıxıb

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Rafael Hüseynovun Meynimanlılarla səmimi görüşü

Samir Əsədli rəqibi Musa Qasımlının kəndində coşquyla qarşılandı

Kiçik Kennedi prezidentlik yarışından geri çəkilməyə hazırlaşır

Ən çox oxunanalar